Standart Vizitka – 250 qr. bristol kağız

Kiçik tirajlı sadə, ucuz vizitka

Həm təcili vizitka sifariş etmək, həm də büdcənizə qənaət etməyi düşünürsünüzsə standart sadə vizitka sizin ən optimal seçiminiz ola bilər.

Bu vizitkaların materialı 250 qr bristol kağız olmaqla rəqəmsal, lazer printer vasitəsilə çap edilir. Çap keyfiyyəti digər vizitkalarla müqayisədə eyni olur yalnız kağız nazikliyinə görə nisbətən geri qalır.

250 qr bristol kağızlar digər 250 qr. kağızlardan daha sərt görünüşə malikdir. Buna görə də sadə vizitkalar sizin vizitka ehtiyacınızı ödəməyə kifayət edəcək.

Sadə vizitkaların ölçüləri digər vizitkalar kimi eyni ölçüdə hazırlanır. Standart olaraq vizitkalar 85x55mm və 90x50mm ölçülərində olur. 85x55mm ölçülərində olan vizitkalar daha çox kənarları oval olaraq kəsilir. Bu da vizitkanı daha səliqəli görünüşdə olmasını təmin edir.

90x50mm ölüçlərində olan vizitkalar isə əsasən kənarları düz formada kəsilir. Bu tamamilə müştərinin zövqündən irəli gələn bir məqamdır.

Vizitka dizayn edərkən həmişə ölçüləri nəzərə almaq lazımdı. Dizayn zamanı vizitkada istifadə edilən mətni , rəsmləri, loqoları vizitkanın kənarından 4-5mm içəriyə olacaq şəkildə hazırlanması məsləhət görülür. Çünki kəsim zamanı vizitkanın kənarına yaxın yerləşdirilmiş hər hansı bir elementin kəsimə düşmə ehtimalı yüksək olur.

 

Copyright 2023 Metbee.az. Designed By Webcenter