Mətbəə və poliqrafiya nədir?

Mətbəə – poliqrafiyanın əsas hissəsi olub bütün materiallar üzərində loqo, rəsim, yazı və müxtəlif qrafik elemetləri xüsusi avadanlıqlar və texnologiyalarla çap edən müəssisədir. Mətbəə dedikdə bir qayda olaraq kağız məhsullarının üzərində çapların edilməsi göz önünə gəlir. Mətbəə həmçinin bir çap məhsulundan  çoxlu sayda nüsxələmək imkanı da verir. Hazırda mətbəələrdə ən geniş yayılmış  iki növ çap texnologiyasından istifadə edilir.

  • Rəqəmsal (Lazer printer çapı)
  • Ofset üsulu ilə çap

Rəqəmsal çap – Lazer printerlər vasitəsilə həyata keçirilən çapdı. Burada çaplar kompüterdən birbaşa printerə ötürülür və saniyələr ərzində çap nüsxəsini əldə etmiş olursunuz. Rəngləndirmə sistemi olaraq toner istifadə edilir. Lazer çaplar CMYK rəng tonları ilə çalışırlar. Elə buna görə də ofset çaplara yaxın rənglər əldə edilir. Lazer printerlər iki səbəbə görə evəzedilməz hesab edilir. Birinci sürətli çap, ikincisi az sayda çap edə bilmək  imkanın olması. Lazer printerlər yalnız bir cəhətinə görə ofset çaplardan geri qalırlar. Tiraj böyük olduğu zaman məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxardır. Bu da sərfəli hesab edilmir. Ona görə əgər az sayda çap məhsulu sifarişiniz varsa seçiminiz lazer printerlər olmalıdı. Peşəkar lazer printerlərə misal olaraq Xerox ve Konikanın adlarını qeyd edə bilərik.  Printerlərin kağız ölçüləri 45x33sm və banner çapı olaraq 64x33sm hesab edilir. Lazer printer vasitəsilə əsasən vizitka, flayer, buklet, kataloq, etiket, stiker, dəvətnamə, təbrik kartları, menyu, qaimə  və s hazırlamaq olur.

Ofset üsulla çap – ədəd sayı yüksək olan çap məhsullarının hazırlanması üçün istifadə edilən çap növüdür. Burada istifadə olunan çap maşınları lazer printerlərdən fərqlənirlər. Ofset çap avadanlıqları bir rəngli, iki rəngli, dörd və daha çox rəngli ola bilirlər. Ofset  çap edilməsi üçün alüminimum qəliblərə ehtiyac duyulur. Bu qəliblər daha əvvəllər  şəffaf asetat üzərinə işlənmiş, detalları yüksək ışıq gücü istifadə edilərək qəlib  üzərinə əsk etdirilərək hazırlanır. Daha sonra əllə kimyəvi maddə yardımı ilə qəlib tamamilə hazırlanmış olurdu. Bu da ciddi şəkildə itkilərə səbəb olurdu və keyfiyyəti aşağı salırdı.  CTP texnologiyası sayəsində film tamamən ortadan qalxmış, birbaşa olaraq qəlib üzərinə lazer vasitəsilə əks edirildi. Bununla da həm keyfiyyət artırılmış həm də zamana qənaət edilmiş oldu.
Ofset çap daha çox CMYK rəng tonları ilə çap edir.Lakin bununla yanaşı pantone rənglərlə də çap etmək mümkündür. Ofset çap avadanlıqlarına misal olaraq RYOBI və Heidelbergi qeyd etmək olar. Ofset çap makinalarının əsas kağız ölçüləri 50x35sm hesab edilir. Təbii ki bu ölçülərdən böyük A2 və A1 formatlı kağızları da çap edən ofset çap avadanlıqları var. Ofset çap makinaları ilə aşıdakı çap məhsullarını hazırlamaq olar. Vizitka əsasən (1000 ədəd üçün uyğundur.), flayer, buklet, kataloq, blaknot, karton çanta, qeyd vərəqi, etiket, stiker və s.

Copyright 2023 Metbee.az. Designed By Webcenter