Material | 350 qr mat kağız |
Laminasiya | Mat laminasiya |
Çap növü | Ofset çap |
Ölçü | 90x50mm, 85x55mm |
Kənar kəsim | Oval və ya düz |
Minimal tiraj | 1000 |
Qiymət | 45 azn |
Təhvil müddəti | 5-7 gün |
Ucuz vizitka yalnız ofset çap üsulu ilə mümkün olur. Kağız materialı olaraq 350 qr təbaşirli kağız istifadə edilir. Çapdan sonra üzərinə mat laminasiya çəkilir. Laminasiya növü soyuq laminasiya ilə edilir.
Ofset vizitkalar niyə ucuz başa gəlir?
Ofset vizitkalar böyük tirajlı çap məhsulu hesab edilir. Mətbəədə tirajı yüksək olan məhsul həmişə ucuz qiymətə başa gəlir. Ofset vizitkanın sifariş sayı bir dizayn formasından (yəni bir adamın adına) ən azı 1000 ədəd olmaqla qəbul edilir. Əsasən 60 fərqli vizitka və hər birindən 1000 ədəd toplandığı zaman yəni toplam 60 min ədəd vizitka olduğu halda çapa edilir. Bu zaman vizitkanın çap dəyəri dəfələrlər aşağı düşür. Sanki hər bir adam 60 min vizitka sifariş edib 1000 ədədini götürmüş olur. Buna orqanizə mətbəəçilik deyilir.
Ofset vizitkaların gec hazır olmasına səbəb də məhz onun gec yığılmasıdı. Vizitkaların sifariş qəbulu bir yerdən deyil fərqli-fərqli çap mərkəzlərinin sifarişləri əsasında təşkil edilir. Buna görə də qısa zamanda lazım olan qədər vizitka yığılır. Mətbəəçilər buna öz aralarında “kampanovka çapı”-da deyirlər.
Ofset vizitka ilə lazer vizitkanın fərqi nədən ibarətdir?
Həm ofset vizitka həm də lazer vizitkanın çap keyfiyyəti yüksək olur. Lazer vizitka toner ilə çap edilir daha çox az tirajlı sifarişlər üçün daha uyğundur. Lazer vizitkalarda tiraj yüksək olduğu zaman maya dəyəri aşağı düşmür. Ofset vizitkada isə əksinə say çoxaldıqca qiymət aşağı düşür. Ofset vizitkalarda lazer çapda olduğu kimi CMYK rəng tonları ilə çap edilir.
Vizitka ölçülərinə gəldikdə isə 90×50 və 85×55 mm ölçülərində ola bilər.