Vizitka çapı

444

29 Nisan, 2020

Vizitka çapı – Vizitkaları çap xüsusiyyətinə görə bir neçə yerə ayırmaq olar. Bunlara lazer printerlərdə çap edilən vizitkalar və ofset çap makinasında çap edilən vizitkalar daxildir.

Lazer vizitka çapı

Rəqəmsal printerlər vasitəsilə çap edilən vizitkalar nəzərdə tutulur. Bu vizitkalar əsasən az tirajlı vizitka sifarişi zamanı üstünlük verilən çap metodudur. Lazer vizitkaların ən qalın qramı 350 qrama qədər olan kağızlardı. Lazer vizitkalar çox sürətli çap edilən vizitka çeşididir. Əsasən 30-60 dəqiqə ərzində 100 və daha çox vizitka hazırlamaq mümkündür.


Lazer vizitka çapı

Lazer vizitkalarda diqqətə alınacaq dizayn işləri də var. Lazer printerində çap olunacağını bilən dizayner mütləq vizitkanı CMYK rəng kodları ilə hazırlamalıdır. Cünki lazer printerlər 4 rənglə işləyir.

Lazer printerlərdə çap olunan vizitka qiyməti nisbətən bahalı hesab edilir. Səbəbi lazer printerin çap xərclərini, çap sərfiyyatının baha olmasıdır. Tonerlərin və digər sərf materiallarının ofset çapa nisbətən baha olmasıdır.

Lazer vizitkalara həm də ekspress vizitka çapı, təcili vizitka və s. də demək olar. Amma vizitkanın digər standartları eyni olaraq qalır: məsələn, ölçüləri 90x50mm və ya 85x55mm, kənarları oval və düz formada etmək mümkündür.

Ofset vizitka çapı

Ofset vizitka çapı – dörd rəng ofset çap aparantında hazırlanan vizitkalar nəzərdə tutulur. Keyfiyyət göstəricilərinə görə lazer çapdan ciddi fərqləri yoxdu. Ofset çap vizitkaların ən əsas üstünlüyü qiymətinin çox ucuza başa gəlməsidir. Çünki ofset çapda boyalardan istifadə edilir bu boyaların isə qiyməti tonerlərə nisbətən daha ucuzdur.

Mat vizitka
Ofset çap

Ofset vizitkanın mənfi cəhəti onun gec hazır olması hesab edilir. Bir qayda olaraq ofset vizitkalar üçün ən az tiraj sayı 1000 ədəd vizitka nəzərdə tutulur. Lakin bu sifarişlər 2-3 gün ərzində yığılaraq A3 və ya A2 formatlı kağızlara düzülərək çapa hazırlanır bu isə 36 növ və hər növdən 1000 ədəd vizitka deməkdir. Ofset vizitkaların hazırlanmasında vaxt itkisi məhz bu prosessdən qaynaqlanır.

Ofset vizitkalar bazarda mat vizitka, mat laminasiyalı vizitka adı ilə də məşhurdu. Bir qayda olaraq ofset vizitka çapından sonra üzərinə mat laminasiya çəkilərək sonradan kəsilir. Ölçü olaraq 90×50, 86x54mm ola bilər həmçinin kənarların oval və ya düz olmasını da sifariş etmək mümkündür.

 

Copyright 2023 Metbee.az. Designed By Webcenter