Trafaret çap, ipək çap

444

21 Kasım, 2020

Trafaret çap – həm də ipək çap adı ilə də adlandırılır. Trafaret çap əvvəlcədən hazırlanmış qəlib əsasında istənilən material üzərinə çap etməyə imkan yaradır. Poligrafiya-metbee sahəsində çox sıxlıqla istifadə edilən çap texnologiyalarından biridir.

Trafaret çapı
Trafaret çapı

Demək olar ki tamamilə əllə çap edilir. Müasir dövürdə trafaret çapı əvəzləyə bilən yeni printerlər təqdim edilsə də hələ də bu metod tamamilə köhnəlmiş hesab edilmir.

Trafaret çapın üstünlüyü ondan ibarətdir ki çap maya dəyəri UV printerlərə nisbətən ucuz başa gəlir. Trafaret çap adından də məlum olduğu kimi qəlib, forma hazırlandıqdan sonra istəyə uyğun boyalarla müxtəlif material və zəmin üzərinə çap edilir.

Koynek üstünə çap trafaret shelkoqrafiya
Koynek üstünə çap trafaret shelkoqrafiya

Trafaret çapla nələr etmək mümkündür?

Hazırda ən geniş yayılmış vizitka növlərindən olan məxmər vizitka, qızılı qabartma (sadə) vizitkart, gümüşü qabartma (sadə) vizitkartlar hazırlamaq mümkündür.

trafaret vizitka
trafaret vizitka

Vizitkalardan əlavə trafaret çapla köynək üstünə çap, kepka, papaq üstünə çap, lent üzərinə çap, etiket üzərinə çap, qələm üzərinə çap, dəri üzərinə çap, selofan paket üzərinə çap, karton qutu üzərinə çap, dəmir üzərinə çap və s. çaplar etmək mümkündür.

Mənfi çəhətlərindən birdən çox rənglərdə çap etmək məhdudiyyətidir. Belə ki əsasən bir rəng çap üçün ən ideal hesab edilən bu metod iki, üç və daha çox rənglərdə çap zamanı hazırlanması çətin başa gəlir. Həm əməyin çox olmasına həm vaxtın çox sərf olunmasına də çap xərcinin artmasına səbəb olur.

Bu çap üsulu daha çox böyük tirajlı işləri hazırlayarkən sərfəli olur. Bildiyimiz kimi yaxşı çapın alınmağını istəyiriksə ilk növbədə çox yaxşı qəlib hazırlanması lazımdı. İdeal qəlibin formanın çəkilməsi ideal işin çıxmasını şərtləndirir.

İpək üçün vizitka yığıldığında dizaynerin də üzərinə böyük vəzifə düşür. Belə ki əgər çap ediləcək vizitka qabarıq yazılarla olacaqsa mütləqdir ki nazik şriftlərdən istifadə edilsin. Nə də çox balaca şriftlərdən istifadə etmək olmaz. Formanın yaxşı çıxması üçün dizaynda çox xırda detallardan həmçinin daha qalın bold yazılardan da qaçmaq lazımdır.

Daha bir müsbət cəhəti isə çap olununduqdan sonra korlanmaması daha uzun müddət qalıcı olmasıdır.

Copyright 2023 Metbee.az. Designed By Webcenter