Köynək üzərinə çap

444

21 Kasım, 2020

Köynək üzərinə çap – promo məhsullar içərisində daha çox sifariş edilən məhsullardan biri də köynək çapıdı. Köynək, mayka t-şörtlərin üzərinə rəngli və bir rəng loqo, şəkil, yazı çapları həyata keçirili.

Köynək, mayka T-şört çapı
Köynək, mayka T-şört çapı

Köynək çapının bir neçə çap metodları var. Metbee.az da aşağıdakı çap metodları vasitəsilə maykaların, polo köynəklərin, T-şörtlərin eləcə də kepka (papaqların) üzərinə çap etmək mümkündür.

Sublim çap – xüsusi sublim boyalarla transfer kağızlarında çap edilərək isti press aparatı ilə şəkil, loqo, yazı maykaların üzərinə transfer edilir. Əsasən bu metod ağ rəngli maykalar və tərkibi polyest olan geyimlər üçün effektiv olur. Yuyulduqda çox uzun müddət öz ilkinliyini qoruyub saxlayır. Çünki boya maykanın dərinliyinə qədər işləmiş olur.

sublim çap koynek capi
sublim çap

Lazer transfer çap – Köynək çapı, mayka çapı içərisində bəzən rəngli zəmin üzərinə də çap etmək istəyi yaranır. Qara və digər rəngli paltarlar, T-şört üzərinə çap zamanı xüsusi transfer kağızlardan istifadə edilir. Bu zaman daha çox lazer printerdə çap edilən kağız köynək üzərinə transfer edilir. Bu digər sublimasiya çapından fərqli olaraq köynəyin üzərində çap olunduğu sahə əllə təmas edildikdə hiss edilir.

lazer printer transfer çap
lazer printer transfer çap

Fleks çap – Köynək üzərinə çapın ən geniş yayılmış versiyalarından biri də fleks çap metodudur. Fleks çapı özlüyündə çox geniş imkanlara malikdir. Belə ki Tekstilde çox geniş yayılmış metoddur. Çox sayda növləri mövcudur. Qızılı, gümüşü, hologram, qabarıq, fərqli naxışlı, fosforlu və s. Bu materiallar xüsusi plotterlərin köməyi ilə istəyinizə uyğun formada kəsilir və sonra daşıyıcı vasitəsilə köynəyin üzərinə yerləşdirilərək isti press aparatında 5-10 saniyə saxladılır və beləliklə uzun ömürlü yuyulma müqaviməti yüksək işlər əldə etmiş olursunuz. Fleklərin üzərinə çap gedən modelləri də var. Bu zaman istədiyiniz şəkili, loqonu roland çap aparatında çap kəsim edib isti transfer ilə mayka köynək üzərinə çap vura bilirsiniz. Fleksin daha bir üstünlüyü istənilən tərkibli parçaya yapışa bilməsidir. Pambıq və s. tərkiblər daxil.

Fleks çap
Fleks çap

Trafaret çap – Seriqrafiya çap üslü vasitəsilə köynək üzərinə çaplar etmək mümkündür. Trafaret çap və ya başqa adı ilə ipək çap adlandırılan bu metod vasitəsilə daha çox böyük tirajlı işlər vurulur. Trafaret çap qəlib hazırlama metodu ilə çap olduğu üçün 1 rəng çap zamanı daha sərfəli alınır. Trafaret çap metodu ilə istənilən parça material və ya dilədiyiniz bütün materiallar üzərinə heç getməyən çaplar vurmaq mümküdür.

Trafaret cap köynek çapı
Trafaret cap köynek çapı

Copyright 2023 Metbee.az. Designed By Webcenter