Əməyin mühafizəsi üzrə iş öncəsi keçirilən gündəlik təlimatlar toplusu (Toolbox talk topics)
Toolbox talk iş başlamazdan əvvəl briqadaya keçirilən 5-10 dəqiqəlik qısa təhlükəsizlik söhbətidir. Beynəlxalq layihələrdə və neft-qaz sektorunda gündəlik təcrübədir. Bu toplu ustaya və SƏTƏM mütəxəssisinə hər gün üçün hazır mövzu verir: nə danışmalı, nəyə diqqət çəkməli, hansı sualı verməli.
Toplunun mövzularından nümunələr
- Hündürlükdə iş və yıxılma riski
- Əl alətləri və elektrik alətləri
- İsti işlər və qaynaq
- Yük qaldırma və siqnalçılıq
- Fərdi mühafizə vasitələri
- Sürüşmə, büdrəmə və yıxılma
- İstilik və soyuq stresi
Toolbox talk kimlər üçündür?
Tikinti, neft-qaz, enerji, sənaye və podratçı şirkətlər üçün, xüsusilə xarici sifarişçi ilə işləyən və SƏTƏM tələbləri yüksək olan layihələrdə.
İş öncəsi gündəlik təlimatlar toplusu (Toolbox talk) qiyməti
Bir neçə jurnal birdən alanda hər birinin qiyməti azalır:
Göstərilən məbləğ yekun məbləğdir, əlavə ödəniş yoxdur.
Çap keyfiyyəti və format
Toplu sərt cilddə, dəri teksturalı göy və ya bordo (qırmızı) üzlüklə çap olunur. Format: A4 vertikal, istəyə görə A4 albom və ya A3 albom. Mətn oxunaqlı şriftlə, bölmələr ayrı başlıqlarla verilir ki, lazım olan təlimatı tez tapmaq mümkün olsun. Sifariş 1-2 iş gününə hazır olur.
Necə sifariş etmək olar?
Jurnalın adını, sayını və vərəq sayını WhatsApp-da və ya zənglə menecerimizə bildirin. Bir sifarişdə müxtəlif jurnalları birlikdə götürə bilərsiniz.
Əlaqəli jurnallar
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar toplusu
- İlkin, təkrar (cari), növbədənkənar və birdəfəlik təlimat jurnalı
- Naryad-buraxılış qeydiyyat jurnalı
- Bütün SƏTƏM jurnalları və sifarişlə jurnal çapı
Tez-tez verilən suallar
Toolbox talk nə qədər çəkir?
Adətən 5-15 dəqiqə. Növbə başlamazdan əvvəl, birbaşa iş yerində keçirilir.
Keçirilən toolbox talk necə qeyd olunur?
İştirakçıların imzası ilə: iş yerində təlimat jurnalında və ya ayrıca iştirak vərəqində.