Özüne Tshirt Yarat

Tshirt, Futbolka, Mayka, Polo köynək çapı

tshirt uzerine çap

öz tshirt dizaynlarınızı yaradın

Tshirtlər (futbolka, mayka, polo köynək) yüksək  dəyərli satış məhsullarıdır. Onları bu qədər məşhur edən isə  görüntü və insanların özləri ilə qurduğu bağlantılardır. Dostlarınızın fotoları ilə tshirt dizaynları yaradın.  Ailəniz üçün ailə fotolarınızla birlikdə çaplı futbolkalar sifariş edin. Şirkət tədbirləri və toplantılar üçün özəl tshirtlər hazırlayın.

Müxtəlif geyimlərinizin (futbolka tshirt, mayka, polo köynək) üzərinə sevdiyiniz rəsimləri, yazıları çap etdirməklə həmin geyimi daha da sevimli hala gətirə bilərsiz. Onlar arasında  üstünlük verilən favori geyim təbii ki tshirtlərdir. Metbee.az Tshirtlər, maykalar polo köynəklər üzərinə  istənilən çapı asanlıqla və yüksək keyfiyyətlə çap etməyi təklif edir.

Tshirt çapı – Futbolka çapı, Mayka çapı, Polo köynək çapı müxtəlif məqsədlər üçün sifariş edilə bilər. Şirkət öz işçilərinə futbolka (tshirt, mayka, polo köynək) sifariş etdikdə  öz loqosunu və sloqanını tshirt üzərinə çap etdirir. Bu zaman əsasən loqolar köynəyin hər iki üzərində çap edilir. Tshirtin arxa hissəsində daha böyük ölçüdə çap edilən loqo, Futbolkanın önündə sol tərəfdə kiçik ölçülərdə çap edilir. Tişört çapı zamanı loqonun və ya yazının ölçülərinə gəldikə isə futbolkanın arxa hissəsində normal ölçü 30sm genişliyində ola bilər. Əlbəttə bundan daha böyük və ya daha kiçik olması da mümkündür. Tshirtin ön hissəsində vurulan loqonun ölçüsü isə 8-10sm aralığıda olarsa kifayət edər.

Tshirt, Futbolka, Mayka, Polo köynək çapı

Tshirt, Futbolka, Mayka, Polo köynək çapı

Futbolka çapı və ya Tshirt çapı həmçinin müxtəlif tədbirlər zamanı da istifadə edilir. Bunlara daha çox gənclər evlərinin təşkil etdiyi müxtəlif düşərgələr və ya tədbirlər daxildir. Belə tədbirlərdə sifariş edilən tshirtlərin hər iki üzərinə böyük ölçülərdə çap vurula bilər. Bu bəzən müxtəlif promo tədbirlər zamanı da keçərlidir.
Tshirt sifarişləri arasında ən çox yayılanlardan biri də hədiyyələrdir. Hədiyyə tshirtə, həmin şəxsin fotosunu və ya sevdiyi müğənnin, pop qrupunun rəsmini, həmçinin şəxsin hobbilərini, professional iş həyatını əks etdirə bilən müxtəlif məzmunlu rəsmlər yazılar çap edilə bilər.

Metbee.az Futbolka çapı, Mayka çapı, Polo köynək çapında müasir metodlardan istifadə edir. Onlardan ikisi daha geniş yayılıb. Bunlar aşağıdakılardır:

  • Sublimasyon çap – İstilik və pressin təsiri ilə kağızdakı mürəkkəbin  köynəyin polyest təbəqəsinə köçməsi ilə yaranan çap metodudur. Bu istədiyiniz tshirtlər üçün keçərli çap metodu deyil. Bunun üçün köynəyin materialının 100 faiz polyest olması şərtdir. Boya parçaya işləyir və əllə toxunduğunuz zamanı  hiss edilməz. Bu çaplar yalnız ağ rəng futbolka üzərinə çap edilə bilər. Kompüterdə keyfiyyət hansı səviyyədədirsə köynək üzərində də eyni səviyyədə qalır.
  • DTF çap metodu  – İstənilən materialda olan tshirtə, köynəyə, maykaya, futbolkaya asanlıqla çap etməyə imkan verir. Bu çaplar  xüsusi kleyin köməkliyi ilə istilik presslenməsi sayəsində parça üzərinə transfer olunur. Çaplar tshirtin dərinliyinə qədər işləyir. Bunun sayəsində yuyulduğu zaman çapların tökülməsi, rənglərin çıxması və s. hallar yaşanmır. Əllə təmas ediyiniz zaman çap edilmiş sahə hiss edilir. Sublim çapdan əsas üstünlüyü istənilən rəngdə və istənilən materialda olan geyimlərə çap edə bilmək imkanıdır.

Copyright 2023 Metbee.az. Designed By Webcenter