Sehrli fincan – isti çayla şəkli görünən hədiyyə
Sehrli fincan soyuq halda tamamilə qara görünür və üzərində heç nə oxunmur. İçinə isti çay və ya qəhvə tökən kimi qara örtük şəffaflaşır, altdakı foto, ad və ya təbrik yazısı tədricən ortaya çıxır. İçki soyuduqda təsvir yenidən gizlənir.
Bu effekt fincanı adi hədiyyədən sürprizə çevirir. Hədiyyəni alan şəxs ilk çayını tökəndə gözlənilməz mesajla qarşılaşır. Ona görə ad günü, 14 Fevral, 8 Mart və Yeni il üçün ən çox sifariş verilən hədiyyəlik çaşkadır.
Təsvir sublimasiya çapı ilə köçürülür, şəkil parlaq və davamlı alınır. Sifariş 1 ədəddən qəbul olunur, fincan 1 iş günündə hazır olur, dizayn ödənişsizdir.
Sehrli fincan üçün hansı dizayn yaxşı alınır?
- Ailə və ya cütlük fotosu – sürpriz effekti ən güclüdür
- “Sabahın xeyir, …” kimi adlı mesaj
- Şirkət loqosu – müştəriyə yaddaqalan promo hədiyyə
Sehrli effektli promo fincan
Sehrli fincan şirkətlər üçün də maraqlı promo fincandır. Loqo yalnız isti içki töküləndə görünür, ona görə müştəri hər dəfə brendinizi yenidən “kəşf edir”. Sərgi, təqdimat və bayram kampaniyalarında adi promo məhsuldan daha çox yadda qalır.
Qulluq
Sehrli örtük istiyə həssasdır. Fincanı əl ilə yumaq və qabyuyan maşına qoymamaq tövsiyə olunur. Belə istifadədə effekt uzun müddət qalır.
Suallar
Sehrli fincanda şəkil nə vaxt görünür?
İçinə isti çay və ya qəhvə töküləndə qara örtük şəffaflaşır və şəkil tədricən görünür. İçki soyuduqda təsvir yenidən gizlənir.
Sehrli fincan qabyuyan maşında yuyula bilər?
Tövsiyə olunmur. Sehrli örtük istiyə həssasdır, əl ilə yuduqda effekt uzun müddət qalır.
1 ədəd sehrli fincan sifariş etmək olar?
Bəli, sifariş 1 ədəddən qəbul olunur və fincan 1 iş günündə hazır olur.
Digər modellər: bütün fincanlar, premium fincan, hədiyyə qruşka.