Poster çapı

Poster çapı və Afişa sifariş et

Poster çapı

Poster

Poster, əsasən  divarlarda, plakatlarda, küçə kənarlarında və ya digər məkanlarda təşkil olunan və ictimaiyyətin diqqətini cəlb etmək üçün istifadə olunan çöl reklamı məhsuludur. Posterdə bir qayda olaraq şəkil və mətn birləşdirilir və müxtəlif məqsədlər üçün istifadə edilir. İnsanlara bir mesaj, tədbir, məhsul, xidmət və ya layihə haqqında məlumat vermək üçün dizayn edilir.

Posterlər əsasən ölkədə seçkilər zamanı geniş istifadə edilən məlumat xarakterli çap məhsulu hesab edilir. Burada namizədlər (prezident və ya deputat) seçicilərinə öz siyasi platformalarını təqdim edir. Əsasən foto şəkil və mətdən ibarət olur. Namizədin tərcümeyi halı, bilik və bacarıqları öz seçicilərinə açıq aydın şəkildə bir posterdə birləşdirilərək təqdim edilir.

Posterdə yerləşdirilən mətn və şəkillər, diqqət çəkmək, məlumat vermək və ya bir təklifə marağlanmağa səbəb olmaq məqsədi daşıyır. Görsəl təsir və sadə mətn, ictimai diqqəti cəlb etmək və mesajı daha yadda qalan etmək üçün əhəmiyyətlidir.

Posterdə istifadə olunan ölçülər və dizayn elementləri, məqsədə uyğun olaraq dəyişə bilər. Həm də müxtəlif sahələrdə, əmək təşkilatlarından sənət və mədəniyyət təşkilatlarına qədər bir çox yerlərdə istifadə olunur.

Posterin texniki göstəriciləri aşağıdakı kimidir:

A3 (420x297mm)
SRA3 (450x320mm)
Xüsusi ölçü 500x330mm
A2 ölçü (420 x 594)
A1 ölçü (594 x 841 mm)
kağız qalınlığına gəldikdə isə 90 qr kağızdan başlayır 130qr və maksimum 170 qr-a qədər ola bilər. Posterlərin qiymətləri kağızın qalınlığıdan, ölçülərindən və sayından asılı olaraq dəyişir.

Posterlər həmçinin material olaraq müxtəlif cür ola bilər. Çöl şəraitə uyğun və ya qapalı məkanlarda ola bilər. Belə ki çöl şəraitə uyğun hazırlanan posterlər suya, küləyə və s. davamlı olur. Bu zaman daha çox vinil materialından istifadə edilir. Vinil arxası yapışqanlı və suya davamlı materialdır. Yağış olduğu zaman korlanmır. Çatışmaya cəhəti yalnız hamar səthlərə yaxşı yapışa bilməsidi. Məsələn şüşə üzərində daha ideal vəziyyətdə qala bilir.

Posterlərin ucuz başa gəlməsini istəyirsinizsə və daha çox tirajlı olacaqsa o zaman ofset çapa üstünlük verilməlidir. Ofset çapla hazırlanan posterlər suya davamsız olur.

Copyright 2023 Metbee.az. Designed By Webcenter