Parlaq Laminasiyalı Vizitka

Parlaq laminasiyalı vizitka
Material350 qr mat kağız
LaminasiyaParlaq laminasiya
Çap növüLazer çap
Ölçü90x50mm, 85x55mm, 90x55mm
Kənar kəsimOval və ya düz
Minimal tiraj100
Qiymət18 azn
Təhvil müddəti1 gün
Parlaq laminasiyalı vizitka

Parlaq laminasiyalı vizitkanın tək fərqi onun üzərində paraql selofanın olmasıdı. Parlaq laminasiyalı vizitka mat laminasiyalı vizitkaya nisbətən üzərində selofanın olmasını hiss etdirməsidir. Daha çox sürüşkən olurlar. Ələ alan kimi üzərində əlavə örtük olduğu hiss edilir. Bu daha çox parlaq lak effektinə də oxşayır. Parlaq laminasiyalı vizitkanın bu görünüşü bəzən rəngləri daha canlı görsənməsinə səbəb olur və ya insanda o cür təəssürat yaradır. Parlaq laminasiyalı vizitkalar daha qalın görünüş hissi verə bilər. Amma bu qətiyyən belə deyil. Çünki istehsal zamanı eyni qalınlıqlı kağız istifadə edilir. Yeganə fərdi laminasiyanın parlaq olmasıdır. Parlaq və mat laminasiyalı vizitkalar tamamilə siz müştərilərin seçiminə qalmış bir məsələdir. Hər ikisini qüsursuz hazırlamağa çalışırıq.

Parlaq laminasiyalı vizitka sifariş edərkən metbee.az-ın sizin üçün hazırlamış olduğu videoya baxmağınız məsləhət görülür.

Qeyd: Çox zaman müştərilər bu vizitkaları kimlər sifariş edə bilər? sual verirlər. Qeyd edək ki parlaq laminasiyalı vizitkalar daha çox mebel salonlarının, apteklərin, avtomobil salonlarının, gözəllik salonlarının və sektorların daha çox seçimi ola bilər. Çünki parlaq vizitkalarda çox incə məqam var ki bunu vizitka sifariş edərkən unutmamağı məsləhət görürük. Parlaq vizitka dükan və xidmət sahəsinə tamamilə uyğundur. Amma şəxsi vizitka sifariş edəcəksinizsə parlaq vizitka sifariş edərkən düşünməyinizi məsləhət görürük. Çünki parlaq vizitkanın parlaqlığı onu daha çox reklam xarakterini üzə çıxardan faktordu. Şəxsi vizitkada isə bu hal xoşa görsənməyə bilər.

Parlaq laminasiyalı vizitkanın xüsusiyyətlərini aşağıdakı kimi bölmək olar:

  • Suya davamlı
  • Zədələnməyə davamlı
  • Toxunarkən xüsusi sürüşkənlik hissi
  • Çap rənglərini daha canlı göstərməsi
  • Çap rənglərini ilk vəziyyətdəki uzun müddət saxlayır.

Mat laminasiyalı vizitkalarının ölçüsünə gəldikdə isə vizitkaların mövcud olan ölçülərinin hamısını hazırlamaq olar.

Vizitkaların mövcud ölüləri aşağıdakılardı:

90x50mm -kənarı düz və ya oval
90x55mm – Kənarı düz və ya ova
85x55mm – Yalnız ova kənar

Copyright 2023 Metbee.az. Designed By Webcenter