Material | 350 qr Alman kağızı |
Çap növü | Lazer |
Ölçü | 90x50mm, 85x55mm, 90x55mm |
Kənar kəsim | oval və ya düz |
Minimal tiraj | 100 |
Təhvil müddəti | 1 neçə saat |
Qiymət | 15 azn |
Mat sadə vizitka gündəlik hər kəsin çox böyük sıxlıqla sifariş etdiyi vizitka növü hesab edilir. Bu vizitkalar mat kağızlar istifadə edilərək hazırlanır. Bu vizitkaların hazırlanması üçün əsasən 335-350 qr mat kağız seçilir və lazer printerlər vasitəsilə çap edilir.
Mat vizitka sifariş etmədən əvvəl metbee.az-ın hazırladığı müvafiq videolarla tanış olmağınızı təklif edirik.
Demək olar ki istənilən dizayn bu kağızlar üzərində uğurla çap edilə bilər. Təbii ki vizitka rəngləri çap moduna uyğun olaraq CMYK olmalıdır. Sadə vizitkaları əsasən həkimlər, biznesmenlər, stomatoloqlar və s. şəxsi vizitka istəyən hər kəs sifariş edə bilər.
Metbee.az bu mat sadə vizitkanı sizə yüksək keyfiyyətdə təqdim etməsi üçün professional lazer printerlərlə və digər çapdan sonrakı alətlərin köməkliyi ilə tam avtomatlaşdırılmış şəkildə hazırlayır.
Mat vizitka lazer printerlər vasitəsilə hazırlanır. Burada printerin keyfiyyəti önəm kəsb edir. Bahalı və professional printerlə hazırlanan vizitkanın rəngləri daha canlı və daha dəqiq olur.
Mat vizitkanın yadda saxlanılması vacib olan aşağıdakı xüsüsiyyətləri var.
- Çox sürətli hazırlanır – dizayn hazır olarsa cəmi 1 saat ərzində hazır ola bilər.
- Əsasən sadə dizaynlar istifadə etməyiniz məsləhət görülür.
- Dizayn edərkən hər tərəfdən 5mm boşluq saxlanılmalıdır.
Vizitkaların mövcud ölüləri aşağıdakılardı:
90x50mm -kənarı düz və ya oval
90x55mm – Kənarı düz və ya ova
85x55mm – Yalnız ova kənar