Məxmər vizit kart sadə çap

444
30 M
Material 350 qr məxmər, (yumşaq)
Çap növü Trafaret, (ipək çap) sadə çap
Çap rəngiBir rəngli
Ölçü90x50mm, 85x55mm
Kənar kəsimOval və ya düz
Minimal tiraj100
Qiymət30 azn
Təhvil müddəti2-3 gün

Sadə Məxmər vizit kart nədir?

Məxməri vizitka dedikdə məxmər kağızlar üzərində çap nəzərdə tutulur. Məxmər kağızlar kağızın xüsusi növü hesab edilir. Belə ki bu kağızlar daha ipəksi və zərif toxunuşa malikdir. Materialının yumşaq və zərif olması ona məxmər hissi verir buna görə də məxməri kağız olaraq adlandırılır. Bu kağızlardan hazırlanan vizitkaları qısaca məxməri vizitka adlandırılır.

Trafaret çaplı məxməri vizitkaların iki növü var:

Sadə və qabarıq çaplı məxməri vizit kartlar.

Sadə çaplı məxmər vizit kartlarda çap olunmuş hissələrə əllə toxunduqda heç nə hiss edilmir. Qabarıq vizit kartlar isə adından da məlum olduğu kimi əllə toxunduğunuz zaman üzərindəki çapları hiss etmək olur.

Məxməri vizit kartın digər bir adı trafaret vizit kart adlanır. Bu isə onun çap növünü göstərən adla əlaqərdardır.

Məxməri (barxad) kağızlar aşağıdakı rənglərdə olur:

  • Qara
  • Boz
  • Göy
  • Krem
  • Mavi
  • Qəhvəyi
  • Qırmızı
  • Yaşıl
  • Bənövşəyi
Məxməri kağız rəngləri

Məxməri digər adı ilə “barxad” kağızlar əsasən rəngli kağızlardı və bu kağızların üzərinə çap vurmaq üçün müxtəlif metodlar istifadə edilir. Ağ məxməri kağız üzərinə lazer printer vasitəsilə rəngli və ya bir rəng çap etmək mümkündür. Digər rənglərdə olan məxmər kağızlar üzərinə isə trafaret (ipək çap) və UV printerlə çap edilir.

  1. Trafaret çap – Məxməri kağızlar üzərində bir rəngli çap zamanı istifadə edilir. Məsələn qara məxməri üzərinə qızılı, gümüşü, ağ və s. rənglərdən biri istifadə edilməklə çap həyata keçirilir. Trafaret çaplarda renglərin sayı artıqda məsələn 2 rəng olduqda vizitkanın da maddi dəyəri qalxmış olur.
  2. Uv çap – İstənilən rəng məxməri kağızlar üzərinə, istənilən dizaynı çap etmək imkanı yaradır. Burada rəng məhdudiyyəti yoxdur. İstənilən rənglər Uv printerlər vasitəsilə çap edilir.

Trafaret çap əllə çap edildiyi üçün əziyyətli və nisbətən ucuz sayılır. Uv çap isə printerlər vasitəsilə çap edildiyi üçün qiyməti trafaret çapla müqayisədə daha yüksək hesab edilir.

Copyright 2023 Metbee.az. Designed By Webcenter