Kataloq ilə markanızın dəyərini necə artıra bilərsiniz?

Bazarda sizinlə bərabər eyni sektorda çalışan şirkətlər olsa da, hər kəsin markası təkdir, sizə məxsusdur. Marka üçün önəmli nüans, verilmək istənən mesajın hədəf kütlə üçün anlaşılan olması və müştərilərin geri dönüşünü təmin etməkdir. Bu baxımdan markanın reklam taktikasını doğru seçmək çox önəmlidir.

Məşhur yazar John Barthın dediyi kimi “Heç bir şey öz-özünə dəyərli deyil. Hər şeyin dəyəri ona kənardan, insanlar tərəfindən verilir.” Bu dəyərin artırılması üçün qurulan strategiyanın əvvəlində də reklam vasitələri gəlir.

Bu yazımızda sizə reklamın ən təsirli vasitələrindən biri olan kataloq haqqında danışacağıq.

Kataloqu n korporativ kimlikdə rolu

Kataloq, şirkətinizin korporativ şəxsiyyətinin bir elementidir. Korporativ loqotipinizlə birlikdə təqdim etdiyiniz məhsul və ya xidmətləri özündə cəmləyən kataloqlar markanızı və ya şirkətinizi tanıtmaq üçün əldən-ələ dolaşır. Bir növ marketinq işçisi kimi.

Kataloqda müəyyən ardıcıllıq olur. Kataloqda yer alan məhsul və xidmətlərinizin siyahısı müştərilərin sizin haqqınızda məlumat almağını asanlaşdırmağa xidmət edir.

Beləliklə, bir kataloq marka dəyərini necə artırır?

Nümunə üçün hər hansı bir A markasını götürək. İstehlakçı hara getsə A markası haqqında eşidir. Ziyarət etdiyi bir ofisidə A markasının kataloqunu görür və araşdırmağa başlayır. Kataloqun dizaynı çox gözəldir, göz oxşayır və markanı çox uğurlu şəkildə təsvir edir. Uğurlu dizaynla hazırlanan bu kataloq istehlakçını vizual olaraq cəlb edir. Buna görə də istehlakçı marka, məhsul (və ya xidmət) haqqında maraqlanır. Nəticədə onun ağlında müsbət olaraq bu marka həkk olunur. Nə zaman istehlakçı bu xidmətə və ya məhsula ehtiyac duyursa, bu zaman emosional olaraq bağlı olduğu, yaddaşına həkk olunan A markasını xatırlayır və digər seçimlər arasında birmənalı olaraq A markasına yönəlir. Qısaca olaraq, təəccüblü və sizin markanızı ifadə edən bir dizaynda hazırlanan kataloq istehlakçının marka ilə məhsul arasında əlaqələr qurmasına imkan yaradır.

Copyright 2023 Metbee.az. Designed By Webcenter