Kataloq çapı

Kataloq sifarişi etdirmək istəyirsinizsə ilk növbədəd kataloqun texniki göstəricilərinindən xəbərdar olmalısınız. Çünki mətbəələrə, reklam şirkətlərinə kataloq sifariş etmək istəyirəm dedikdə aşağıdakı göstəriciləri sizdən soruşacaqlar:

1. Kataloq ölçüləri A4, A5, A6 ola bilər. Həmçinin bu standart ölçülərlə birgə müxtəli özəl ölçülərdə də hazırlana bilər.

2. Kataloqun istiqaməti albom və ya kitab formatında olur .(üfiqi və ya şaqulu vəziyyətdə)

3. Səhifələrin sayı müəyyən edilməlidir. Səhifələrin sayı 4-ə tam bölünməlidir. məs. 4,8,12,16,20 və s. ola bilər.

4. Əsasən iç səhifələr nazik vərəqdən ibarət olur daha dəqiq desək 170 qr kağızdan üz vərəq isə qalın 250 qr və ya 300qr, 350qr kağızlardan və üzərinə mat və ya parlaq laminasiya çəkilir. Bu da kataloqun üzünü əlavə təsirlərə qarşı daha dözümlü hala gətirir.

5. Bəzən kataloqların “abloşkası” -da(üz qabığında) loqo yazı şəkil və s. elemetlərdə qabartma lak effekti tətbiq edilir.

Kataloq çapı

6. Kataloq çapı sifariş edərkən səhifələrin sayından asılı olaraq onların 2 növ birləşdirilmə metodu istifadə edilir. Birinci az səhifələr üçün ən ideal olan stepler tikişidir. İkinci isə çox səhifəli kataloqlardan məsələn 44 səhifədən yuxarı olduğu halda kleyləmə (poni kleyləmə) tətbiq edilir.

7. Kataloq sifarişi zamanı bir digər məsələ isə yaxşı dizaynın hazırlanması mərhələsidir.

Kataloq qiymətləri üçün bizimlə əlaqə saxlaya bilərsiz standart qiymətlərlə isə daha ətraflı oxuya bilərsiz.

Mebee.az kataloq dizaynından tutmuş çapına qədər bütün işləri yüksək keyfiyyətlə və münasib qiymətə həyata keçirdir.

Copyright 2023 Metbee.az. Designed By Webcenter