+99412 562 80 88 +99451 516 20 86

Etiket

Etiket – satış, emal, istehsal marketinq kimi iş həyatının mərhələlərində məhsul sayımı, məhsul xəbərdarlığı və xüsusiyyətləri kimi vacib məlumatları özündə əks etdirən materialdır. Müasir zamanda etiketlər məhsulların ayrılmaz hissəsini təşkil edir. Etiket yalnız məhsul haqqında vacib informasiyaları vermir, həmçinin anbarda məhsullara nəzarət etmək üçün barkodlama zamanı istifadə edilir.

İstifadə sahələrinə görə etiketləri bir neçə yerə bölmək olar.

Geyim sektorunda istifadə edilən Parça etiketlər.

Geyim sektorunda istifadə edilən Karton kağız etiketlər.

Qida sahəsində istifadə edilən etiketlər.

İçəcəklər sektorunda istifadə edilən su butulka etiketləri

Spirtli içkilər: Araq, şərab, pivə, konyak və s. etiketlər.

Material xüsusiyyətlərinə görə etiket növləri:

  • Eco Termal Etiket
  • Yarı Termal Etiket
  • Lamine (Top) Termal 
  • Termal Karton Etiket
  • 1. Hamur etiket
  • Vellum etiket
  • Kuşe etiket
  • Farma Etiket
  • Chromolux Etiket
  • Termal transfer etiket
  • Metal işləməli kuşe kağız (üst səthi metalize kağız)
  • Metal işləməli kuşe kağız (yapışqanlı səthi metal kağız)
  • Metallik plastik etiket
  • Təhlükəsizlik (güvənlik) etiket
  • Care label japon akmaz
  • Saten Etiket (ipek, parca ) etiket
  • Tyvek etiket
  • Qeyri-toxunma etiket (Non woven)
  • Opak polietilen etiket
  • Opak polipropilen etiket
  • Şəffaf polietilen etiket
  • Polipropilen etiket
  • Floresan etiket
  • Gold kuşe etiket

Eco Termal etiket, səthində qoruyucu bir təbəqə olmayan etiket növüdür.  Kağız üzərinə  termal laminasiya edilməsi nəticəsində əldə edilir. Barkod printerin  başlıq hissəsindəki istilik  ilə birlikdə termal ərimə xüsusiyyəti göstərir və beləliklə Eco termal etiketin üzərinə çap edilir. Beləliklə eco termal etiket üzərinə çap etmək istədikdə  ribon istifadə etməyə ehtiyac qalmayacaqdır. birbaşa termal üsulu ilə asanlıqla və daha az büdcə ilə etiketiniz üzərinə çap vura bilərsiniz. Nəm, spirt, işıq və istilik kimi xarici təsirlərə qarşı davamlı deyildir və bu cür xarici təsirlərə birbaşa məruz qaldıqda özü-özünə korlanmağa başlayır. Zədələnmə özəlliyinin olması və sürətli istifadə edilməsi lazım olan etiket növlərindən olan bu məhsul, yaş  və isti olan şəraitdə istifadəsi məsləhət görülmür.

Əsasən 4-6 aylıq bir rəf (piştaxta) ömrü (istifadə ömrü) vardır. Tez korlandığı üçün qısa zamanlı istifadə üçün ideal hesab edilir.

Eco termal etiketlər niyə istifadə edilir?
– Bu termal etiketlərə çap termal olarak (istiliklə) edilir və buna görə də  ribon istifadəsinə ehtiyac qalmır. Ribon istifadəsi olmadığı üçün çap dəyəri sıfıra yaxınlaşır. Stikerlərinizin istifadəsi 6 aydan artıq keçmirsə və etiketi yapışdıracağınız hissə surətli istehlaka uyğun bir məhsuldursa termal etiket istifadə etməniz maliyyə baxımından sizin üçün daha sərfəli olacaqdır.

Eco Termal Etiketin istifadə sahələri:

Bu etiket növü əsasən quru qida, çərəzlər, xəstəxana, avtomatlaşdırma, kargo sektorları kimi sürətli istehlak olunduğu sektorlarda istifadə edilməkdədir.

kargo etiketi

label

Yarı Termal etiket –  üst təbəqəsində qoruyucu bir qat olan termal etiket növüdür.  Termal label qrupunun ən çox üstünlük verilən  Eco Termal etiketə görə daha davamlı olan Yarı Termal Etiket,  rütübətə, temperatura, işıq və spirt kimixarici amillərə məruz qaldığında digər termal etiket çeşidlərində olduğu kimi korlanma xüsusiyyətinə malik deyil. yarı termal etiket, daha çox süretli istehlak edilən məhsullarda istifadə edilməkdədir. İstifadə şərtləri təmin edildikdə  8-10 ay müddətində  ömrü vardır.

Yarı Termal Etiketə birbaşa termal üsulu ilə çap vurulur. Yəni üzərinə çap vurulması üçün  ribbon ehtiyacı olmur.  Bunun yanaşı barkod printerinizin birbaşa termal çap üsuluna uyğun olması lazımdır.

YarıTermal Etiketin istifadə sahələri:

Bu etiket növü əsasən tekstil kimi sektorlarda istifadə edilir.

Laminasiyalı termal etiketlər 

Termal etiket xüsusiyyətlərinə malik olan etiket növlərindən biridir. Digər bir adı da Top termal etiket olan Laminə termal etiketdə, Ribon (lent) istifadəsinə ehtiyac duyulmadanbirbaşa termal çap üsulu ilə çap edilir. Buna görə də barkod printeriniz birbaşa termal çapa uyğun olması lazımdır. Laminə termal etiketlər eko termal etiket çeşidinə görə daha uzun ömürlü termal etiket növü olması və çap zamanı  ribbona ehtiyac duymadan çap  edildiyi üçün minimum büdcənin olması kifayət edir. Lamine (Top) Termal etiketin üz hissəsində  termal təbəqənin üzərində qoruyucu bir qat olur. Buna görə Eko termal etiketə nisbətən daha uzun ömürlüdür. Yapışqanlığında və kağız qalınlıqları qarşılaşdırıldığında eco termal etiketdən  heç bir fərqi yoxdur. Tək fərqi qoruyucu bir qatın olmasıdır. Rütübətdən, işıqdan və temperaturdan təsirlənir. (Eco termal etiketə nisbətən daha az təsir görür.)

lamine termal etiket

laminasiyali termal etiket

Termal etiketi istifadə edən sektorlar  əsasən bu etiketlərin ömürlərinin 3-6 aya qədər olduğu yerlərdə istifadə edilir. laminə termal etiketlər isə 6-9 aya kimi bir ömrləri vardır. Bu ömrü başa vuran laminə etiketlərin üzərindəki çap gün geçdikdə uçar ve etiketin kənar təsirə məruz qalan qismi korlanmağa başlayar.  Bu müddəti işığa və temperatura məruz qoymadan uzada bilərsiniz.

Lamine Termal Etiket istifadə sahələri:

Əsasən olarak qida sektoru və süretli istehlakın olduğu sahələrdə istifadə edilir.  Ayrıca karqo firmaları və xəstəxanalarda da istifadə edilən etiket növüdür.

Eco termal karton etiket  süretli istehsal lazım gələn yerlərdə sıx-sıx istifadə edilən bu eko termal karton etiketlər üzərində qoryucu təbəqənin olmaması səbəbi ilə 3 ilə 6 ay ərzində korlana bilər. Karton üzərinə termal laminasiya çəkilməsi ilə  yaranır.Həmçinin ribbon istifadəsinə ehtiyac yoxdu və elə buna görə də maliyyəsi çox ucuz başa gəlir.

Rütübət, spirt, işıq və temperatur kimi xarici amillərə qarşı dözümlü deyildir. Və bu növ xarici amillərə məruz qaldıqda özü-özündən korlanır.

Eco Termal Karton Etiket tətbiq sahələri:

Bu etiket cinsi əsasən  kuru qida, çərəz, xəstəxana, avtomobil sektorları kimi sürətli istehlak olunan sahələrdə istifadə edilir.

 1. Hamur Etiketler
Parlaq kağzı etiketlərdən fərqli olarak parıltılı görünüşə sahip olmayan, standart halda kserokopiya kağzları ilə eyni xüsusiyyətə malikdir.  Mat materialdan olan və bu xüsusiyyəti  kağızın öz quruluşudan alan labellar üzərinə çap edilən boyaları asanlıqla canına çəkmə xüsusiyyəti sayəsində son görünüşlərini alırlar. Lazer və püskürtmə printerlərdə rahatlıqla çapı alınan 1. hamur label daha çox  digital və ofset mətbəə sahəsində istifadə edilir. Standart A4 kağızlarından fərqli olaraq arxa hissələri yapışqanlı  olan bu etiketlər istənilən yerlərə asanlıqla yapışdırıla bilinir. ürünleri son haline getirebiliyoruz.

Kağız əsaslı etiket çeşidlərindən digər bir növü olan Vellum etiket təbaşirli kağız etiket ilə eyni xüsusiyyətə malikdir.  Tək fərqi isə təbaşirli ofset kağızının daha hamar səthə malik olmasıdır. Vellum etiketin üst səthi gözlə görülməyən çuxurlara sahibdir. İstehsal maliyyəsi baxımından isə parlaq təbaşirli kağız ilə Vellum kağız növü eynidir.

Səthinin nahamavar olması zəmin qisminin teksturalı görünüş verir bu isə parlaq görünüşlü təbaşirli kağıza nisbətən daha çox mat görsənir. Mat səthinin olması işiqli yerlərdə barkodun daha asanlıqla oxunmasına şərait yaradır.

Materialı kağızdan olduğu üçün çöl şəraiti üçün uyğun deyildir. Daxili məkanlar istifadə edilməsi daha düzgün seçim olardı. Həmçinin qapalı məkanlarda istifadə edilsə belə yenə də su, rütubət, istilik  kimi təsirlərdən qorumaq lazımdır. Normal şəraitlər daxilində 1 ilə 3 il arasında ömrü vardı.

Vellum etiket

Kuşe etiket, termal transfer üsulu ilə yəni ribon ilə çap hazırlanmasına baxmayaraq kağız əsaslı etiket çeşidlərindən ən ucuz başa gələn etiket növü hesab edilir.  Üst səthinin yarı parlaq və hamardır çuxurları yoxdur. Bu cür səthinin olası sayəsində ribbon çapı ilə qüsursuz çap əldə edilir. Elə bu xüsusiyyətinin olması da onu digərlərindən daha çox istifadə ediləməsinə səbəb olur.

Ribon çapına uyğun bir xammaddə olan Farma etiket, kağız əsaslıdır.  Kuşe kağız ilə oxşar xüsusiyyətlərə malikdir. Tək fərqi incə quruluşlu və az grammajlı olmasıdır.  Farma etiket, incə olması ona həm də elastiklik bəxş edir.

Əsasən kiçik etiketlərin hazırlanmasında istifadə edilir.

Chromolux ( Kromolüks ) Etiket, üst səthi parlaq və hamardır. Təbaşirli kağız ilə eyni xüsusiyyətə malikdir. Tək fərq isə küşe kağıza nisbətən daha çox parlaq olmasıdır.