Buklet Sifarişi

Buklet sifarişi – Buklet çapı A4 (297x210mm) ölçülərində 170 qr təbaşirli kağızdan hazırlanır. Əsasən 2 və 3 yerə qatlanır. İki yerə qatlanarkən a5 ölçü alır. Qatların sayının az və ya çox olması bukletin qiymətinə təsir etməz.

Buklet sifarişi etmək istəyirsinizsə ilk növbədə metbee və poliqrafiya şirkətləri tapmalısınız. Buklet çapı iki formada həyata keçirilə bilər: Ofset çaplazer printerdə çap.

Buklet sifariş edərkən bunların fərqini necə bilmək olar?

Ofset çap böyük tirajlı işlər üçün ən uyğun variantdır. Əgər siz 1000 ədəd və daha çox sayda buklet sifariş etmək istəsəniz bu zaman ən optimal seçim mətbəə yəni ofset çapı olacaq. Ofset çap üçün minimal sifariş həddi 1000 olaraq müəyyənləşib. Ofset çapla qiymətlər ona görə ucuz başa gəlir ki, burada sifarişlər yığılaraq çapa göndərilir. Bu səbəbdən bir qayda olaraq ofset çap avadanlığında bukletlər “kampanovkaya” uyğun olaraq 1000, 2500 və 5000 ədəd həddində müəyyənləşib.

Buklet sifarişi

Ofset çapla lazer çap arasında keyfiyyət baxımından heç bir fərq müəyyən edilməyib. Lazer çaplarda buklet qiymət baxımından yüksək olsa da təcili sifarişləri yerinə yetirmək üçün əvəzedilməzdi. Lazer çapda minimal sifariş 50 və 100 ədəd arasında olur.

Buklet sifarişi dizayn problemləri

Buklet çapında bir digər məsələ dizayndı. Gözəl dizayn çapdan sonra da gözəl görsənir deməkdi. Lakin buklet dizayn edərkən dizaynerlərin metbəə və çap texnologiyalarından da məlumatlı olması lazımdır. Çünki rənglər çapa uğun işlənməyə bilər. Həmçinin kəsim payları düzgün verilmədikdə çapdan sonra xoş olmayan sürprizlərlə qarşılaşa bilərik. Yaxşı olar ki müştərilər ya çapdan anlayışı olan dizaynerə dizaynı hazırlatsınlar ya da bu işi mətbəələrə həvalə etsinlər. Mətbəəyə göndərilən dizayn CMYK rəng tonlarında hazırlanmalı və hər tərəfdən kəsim üçün 5mm yer saxlanılmalıdır. Bundan başqa dizaynda istifadə edilən müxtəlif effektlər məsəllən kölgə effekti lens effekti bağlanılmalı şriftlər vectoral vəziyyətə gətirilməlidir.

Buklet capi, buklet sifarişi
Buklet sifarisi

Metbee.az -da buklet sifarişlərinizi tam əminliklə edə bilərsiniz. Dizayndan tutmuş çapa qədər bütün mərhələlərdə çox uğurlu iş təhvil verəcəyimizə zəmanət veririk.

Copyright 2023 Metbee.az. Designed By Webcenter