+99412 562 80 88 +99451 516 20 86

Buklet çapı

Buklet; bir şirkət və ya təşkilatı tanıtmaq məqsədilə hazırlanır. Daha çox məlumat verməyə imkan yaradan mətnlərlərdən ibarət olur. Məhsul  və fəaliyyət sahəsini əks etdirən rəsmlərlə daha da diqqət çəkici hala gətirilir. Hazırlanan bukletlər bu reklamdan xəbərdar olmaq istəyən auditoriyaya paylanılır. Həmçinin bukletlər bu və ya digər mövzulardakı konfranslar, təqdimatlar zamanı da böyük sıxlıqla istifadə edilir.

Bukletlər qısa zamanda daha çox effektiv ola biləcək bir reklam məhsuludur. Bukletlərdə əsas diqqət edəcəyimiz məqam onun dizaynı edilməsidir. Belə ki bukletlərin dizaynı yaddaqalıcı olmalıdır ki, üzərindəki məlumatlar oxunduqdan sonra atılmasın. Bukletlər restoran, xəstəxana, otel, kurs, travel ya da bir konsert reklamı ilə əlaqəli ola bilər. Ehtiyaca görə fərqli ölçülərdə dizayn edilə bilər, ancaq əsasən A4 formatında hazırlanır. İki və bir yerdən qat (qrım) qoyulur.

Buklet capi edilmesi

Buklet çapı

Effektli Bir Buklet Dizaynı üçün Araşdırmanın Önəmi

Effektli bir buklet dizayn etmək üçün hansı sahədə broşur hazırlanacaqsa mütləq yaxşı-yaxşı araşdırılması lazımdır. Buklet istəyən  müştərinin istəkləri dinlənməli, nəyi vurğulamaq istədiyi diqqətli bir şəkildə aydınlaşmalıdır. Firmanın ünvan məlumatları, əlaqə nömrələri əgər varsa digər əlaqə vasitələri dolğun şəkildə yerləşdirilməlidir. Sonrasında  bukleti istəyən firmaya doğru suallar yönəldərək buklet hazırlarkən lazımlı ola biləcək bütün məlumatlar, əldə edilməlidir. Doğru bir analiz  reallaşdırılmalı və geniş miqyaslı bir araşdırma aparılmalıdır.

Buklet sifariş  edəcək şirkət və ya şəxslə fikir alış-verişi edilərək ən düzgün buklet çalışmasına start verilməlidir. Uğuru bir bukletin sirri  yalnız doğru bir analiz, düzgün çözüm örnəkləri ilə mümkün ola bilər. Əldə edilən bütün məlumatlar ən doğru şəkildə konkretləşdirilməli  və axıcı dillə buklet dizaynında yer almalıdır. Bukletin üzərində yer alan yazılar mütləq şəkildə orfoqrafik qaydalara  uyğun olmalıdır. Orfoqrafik yazı qaydalarına diqqət edilmədən yazılmış  yazılar bukletin təsirini zəiflədərək aşağı qiymətləndiriləcək. Bu üzdən imla qaydalarına  uyğun bir şəkildə yazının hazırlanması olduqca önəmlidir.

Mükəmməl bir bukletin çox gözəl bir reklam vasitəsi olduğu gerçəyini unutmamlıyıq. Bu səbəbdən buklet hazırlıqları görülərkən daha həssas yanaşılmalıdır. Yaxşı olar ki işinin peşəkarı olan adamlarla işləməyə üstünlük verəsiniz. Buklet dizaynını etibar edəcəyiniz qrafik dizaynerin işinə bələd olmağınız və daha yaxından araşdırma aparmağınız  məsləhət görülür. Buklet çapı onun dizayn edilməsi qədər vacibdir. Mətbəə axtarışı mərhələsi də arşdırılmalıdır.Bukletin həm çap həm də kağız keyfiyyəti yaxşı olmazsa hazırladığınız buklet dizaynı öz effektini itirə bilər.

Bukletdə Kağız Seçiminin Önəmi

Yadda qalan buklet hazırlmaq üçün bir neçə əsas məqamlar var . Bunlardan biri kağız seçimidir. Bukletə uyğun kağız seçimi edilmədikdə ən gözəl dizayn belə düzgün hədəfə çata bilmir.  Kağızların qramı ilə yanaşı növü, teksturası, mürəkkəb həssaslığı, mat və ya parlaqlığı da diqqətə alınmalıdır.  Əgər bukletin qatlama sayı (beqofkası) çox olacaqsa gramajı  aşağı olmasına və çox qalın olmayan bir kağız seçiminə üstünlük verilməlidir. Əks halda qatlama yerlərində qabarmalar olacağından dolayı xüsusilə bukletin iç qisminə zərər  vərəcəkdir. Bu da keyfiyyətli bukletlər əldə etməyinizə mane olacaqdır.

Buklet hazırlanması həqiqətən çox önəmli və ciddiyə alınması vacib olan işdir.  Çünki dizayn edilən buklet nə qədər yaxşı olarsa o qədər çox effektiv olar. Mükəmməl şəkildə hazırlanan bukletlər əsl məqsədinə nail olaraq firmalara, şirkətlərə maddi qazanc olaraq geri dönər.  Kağızın gramajı və qalınlığı qədər önəmli olan digər xüsusiyyət də kağızın materialıdır. Səthi nahamavar quruluşda olan kağızlar çap əsnasında problem yaşanmasına səbəb olabiləcəyindən  üstünlük verilməməkdədir.  Daha çox düz bir səthə sahib kağızların seçilməsi ilə boyanın asan bir şəkildə qurumasınayardımcı olmuş olur.

Kağız seçimi etmədən öncə qısa araşdırma edilməsində fayda vardır. Məsələn, kağızlarla bağlı kataloqları araşdıra bilərsiniz və ya öncədən çap edilmiş hazır bukletlərər də baxa bilərsiniz. Yalnız bundan sonra doğru qərar verə bilərsiniz.

buklet

Hazırlanacaq Bukletin formatları

Bukletlərin standart bir quruluşu olmamaqla bərabər əsasən A4 formatında, 1 ya da 2 qırımlı  olarak dizayn edilir. A4 formatı ilə yanaşı A5 formatı da sıx istifadə edilir. A5 ölçülərində hazırlanan broşuralar əsasən tək səhifə olur ,  yəni qırımı, qatı yoxdur. Bu tək səhifənin  bir tərəfi tanıtım məqsədli dizayn digər tərəfi isə afişa şəklində dizayn edilir. Broşuralar  hazırlanarkən yaxşı olar ki əlimizə  bir kağız alıb təxmini olaraq qatlayıb fikir yürütmək daha konkret qərarlar verməyimizə yardımcı olacaq. Hazırlanan dizaynda vizuallıq da son dərəcə önəmlidir. Xüsusilə üst qismində təsirli  bir rəsmin istifadəsi daha effetli olacaqdır. Diqqətçəkici ön üzü bukletin digər səhifələrinə də marağı artıracaqdır.

Dizayn elementlərinin zövqlü istifadəsi daha faydalı nəticələr əldə etməyi təmin edir. Hansı sektor ilə əlaqəli  buklet hazırlanacaqsa ona uyğun rəsmlər istifadə edilməlidir. Əgər rəsmlər doğru şəkildə seçilməzsə  hazırlanmış bukletlər istədiyimiz uğuru əldə etməz. Bukletdə olması lazım olan bir digər elementdə şirkətə məxsus olan loqonun istifadə edilməsidir. Yadda qalıcılığı artırır. Bunun yanında istifadə ediləcək rənglərin konseptlə və şirkət ilə uyğunluq təşkil etməsi də son dərəcədə önəmlidir. Misal üçün ağ-qara deyən kimi ağlınıza  Beşiktaş komandası gəlirsə  bu şəkildə rəngi görüldüyündə reklamı edilən  şirkət ya da qrumun təmsil edilməsi önəmlidir.

Buklet, gözə xitab  edən, ağılda qalıcı və təsiredici yazı ilə bir vəhdət təşkil edərək dizayn edilməlidir.

Buklet çapı

Səbəblər bunlardı:  gözə xitab  etməli çünki diqqət çəkərək bukleti əlinə alan insan  onu oxumağa davam etməlidir. Dəqiq və konkret məlumatlar  olmalıdır ki bir dəfə oxunsa belə məlumatlar ağılda qalmalı və məqsədinə xidmət etməlidir. Bütün bu xüsusiyyətlərə malik olan bir buklet ələ alındığı zaman dərhal zibilliyə atılmaz və çəkilən əziyyətlər də boşa getməz.  Bukleti yığacaq dizaynerin də bu sahədə professional olmasi vacib şərtlərdən biridir. Lazım olan proqramları  istifadə edə bilən, kreativ və yardıcı insanlarla işləmək daima uğurlu iş ortaya çıxmasına səbəb olacaq.

Bukletdə istifadə edilən şəkillərin keyfiyyətinin yüksək olmasına xüsusi diqqət yertirilməlidir. İnternetdən ixtiyari gözəl fotolar yüklənilərək bukletə yerləşdirilməməlidir. Çünki bu çap vaxtı problemlər yarda bilər.  Əgər yüksək keyfiyyətli fotolar tapa bilmirsinizsə xüsusi ödənişli dizayn saytlarına abunə olaraq mövzuya uyğun rəsmlər endirə bilərsiniz.