+99412 562 80 88 +99451 516 20 86

Asılqan flayer çapı

Asılqan flayer şirkətinizin reklamı üçün ən ənənəvi və sadə üsullardan biridir. Lakin bir az daha fərqlilik yarada bilməyiniz və yaddaşlarda daha çox qalmağınız üçün reklamınızı məhz asılqan flayerlə edə bilərsiniz Çatdırmaq istədiyiniz reklamınızı bu yol ilə müştərilərinizə ötürə bilərsiniz. Geniş yer tutmayan flayerdə məhsulunuz barədə daha qısa və yaddaqalan informasiya verməyə diqqət edin.

Asılqan flayer, Asilqan flayer
flayer capi

Asılqan flayer sifariş edərkən diqqət etməli olduğunuz məqamlar nələrdir?

1. Geniş yer tutmayan, əldən-ələ gəzə bilən, asılqan flayer çap edərkən, flayer üzərində daha dəqiq və diqqət çəkən sözlərdən istifdə edin.

2. Flayerdə şirkətinizin ünvan və ya əlaqə vasitəsini qeyd edin. Reklamda əsasən nəyi hədəflədiyinizi ön plana çəkin.

3. Nümunə dizaynlara baxaraq, özünüzdə fikir formalaşdıra bilərsiniz.

4. Unutmayın son cümlələr ən çox oxunan və daha çox yaddaqalan hissələrdir. Çatdırmaq istədiyiniz mesajı təsirli bir cümlə ilə bitirməyə diqqət edin. Beləliklə daha çox diqqət çəkmiş və yadda qalmış olarsınız. 

Asılqan flayer çapı

Asılqan flayerlərdə hədəf auditoriyası

Asılqan flayeri sifariş edən müştəri ilk olaraq onun adi flayerdən fərqini bilməlidir. Belə ki sadə flayerlər düzbucaqlı şəkildə 10x21sm ölçülərində hazırlanır, asılqan flayerlər isə eyni ölçülərdə olsa da yuxarı hissəsində qapının tutacaqlarından asmaq üçün xüsusi kəsimi olur. Bu kəsimin sayəsində flayerin hədəf kütləsi formalaşmış olur. Misal üçün əgər siz kurs və bağça fəaliyyəti ilə məşğulsanız və yalnız yaxın ətrafda yaşayan insanlara öz xidmətiniz haqqında məlumat vermək istəyirsinizsə ən effektiv reklam vasitələrindən biri məhz bu cür əl elanları olacaq olacaq. Çünki yalnız sizin fəaliyyətindən xəbərdar etmək istədiyiniz potensial müştəriyə xitab etmiş olursuz.

xüsusi kəsimli asılqan flayer

Asılqan flayer hansı saatlar paylamaq düzgün olar?

Asılqan flayer əgər binalara, evlərə paylanacaqsa əsasən səhər saatları qapılara asmaq daha uyğun vaxt hesab edilə bilər. Cünki səhər işə gedən insanlar qapını açan kimi ilk olaraq sizin reklamla tanış olacaq. Bura daha çox uşaq bağçası, kursalar, geyim moda dükanları, həkim flayerləri və s. sahələr daxildir. Günorta saatları isə əsasən restoranlar dönərxanalar öz flayerlərini paylasalar daha effektiv nəticə əldə edərlər. Cünki günorta saatları insanlar yemək yerləri axtarmağa başlayırlar bu zaman uyğun qiymətlər təklif edən restoranın reklamına gördükdə heç kəs sifariş etməyə yox deməz.