A6 kitab çapı – cib formatında kitab
A6 yumşaq cildli kitab çapı kiçik, yüngül və hər yerə aparıla bilən nəşrlər üçündür. 105 × 148 mm ölçüdə cib kitabı cibə, kiçik çantaya və ya avtomobilin bardaçokuna asanlıqla sığır. Metbee.az-da A6 formatında kitablar Amerikan cildlə, 1 ədəddən başlayan tirajla çap olunur.
A6 cib kitabı nə üçün istifadə olunur?
- Dua kitabçaları və dini mətnlər
- Kiçik şeir topluları, aforizm və sitat kitabları
- Turist bələdçiləri və şəhər xəritəli kitabçalar
- Şirkətlər üçün qısa təlimat, qaydalar və əməkdaş kitabçası
- Tədbir, toy və yubiley üçün hədiyyəlik mini kitablar
- Promo və reklam kitabçaları
Kiçik formatın üstünlükləri
A6 kitabda bir səhifəyə daha az mətn yerləşir, buna görə qısa mətnlər və tez oxunan materiallar üçün idealdır. Kiçik ölçü kağız sərfini azaldır, kitab yüngül olur və paylanması rahatlaşır – tədbirlərdə yüzlərlə nüsxə paylamaq üçün sərfəli seçimdir.
Texniki xüsusiyyətlər
Daxili səhifələr 80 qr/m² kağızda ağ-qara və ya rəngli çap olunur. Üz qabığı 250–300 qr/m² kağızdan hazırlanır, mat və ya parlaq laminasiya ilə örtülür və kürəkdən yapışqanla (Amerikan cild) bərkidilir.
Maket hazırlayarkən
- Səhifə ölçüsünü 105 × 148 mm (A6) təyin edin
- Kiçik formatda şrift ölçüsünü çox kiçik seçməyin ki, mətn rahat oxunsun
- Daxili səhifələri vahid PDF, üz qabığını ayrıca fayl kimi göndərin
Necə sifariş etmək olar?
- Səhifə sayını, tirajı və çap rəngini WhatsApp ilə göndərin
- Qiymət təklifini və hazırlanma müddətini alın
- PDF faylları göndərin, maketi təsdiqləyin
- Kitabları ofisdən götürün və ya ödənişli çatdırılma ilə qəbul edin
A6 kitab çapı üçün WhatsApp ilə qiymət alın
Digər kitab çapı növləri
- A4 yumşaq cildli kitab çapı
- A5 yumşaq cildli kitab çapı
- A4 sərt cildli kitab çapı (Hardcover)
- A5 sərt cildli kitab çapı (Hardcover)
- Bütün kitab çapı növləri
Tez-tez verilən suallar
A6 ölçüsü nə qədərdir?
A6 formatı 105 × 148 mm-dir, yəni A5-in yarısı, A4-ün dörddə biri qədər.
A6 kitabı 1 ədəd çap etdirmək olar?
Bəli, sınaq nüsxəsi və ya hədiyyə üçün 1 ədəd də sifariş qəbul edirik.
Daha böyük format lazımdırsa?
Roman və şeir kitabları üçün A5 yumşaq cildli kitab, dərslik və tədris vəsaitləri üçün A4 yumşaq cildli kitab daha uyğundur.