Material | 350 qr məxmər, (yumşaq) |
Çap növü | Trafaret, (ipək çap) sadə çap |
Çap rəngi | Bir rəngli |
Ölçü | 90x50mm, 85x55mm |
Kənar kəsim | Oval və ya düz |
Minimal tiraj | 100 |
Qiymət | 30 azn |
Təhvil müddəti | 2-3 gün |
Məxməri vizitka dedikdə məxmər kağızlar üzərində çap nəzərdə tutulur. Məxmər kağızlar kağızın xüsusi növü hesab edilir. Belə ki bu kağızlar daha ipəksi və zərif toxunuşa malikdir. Materialının yumşaq və zərif olması ona məxmər hissi verir buna görə də məxməri kağız olaraq adlandırılır. Bu kağızlardan hazırlanan vizitkaları qısaca məxməri vizitka adlandırılır.
Trafaret çaplı məxməri vizitkaların iki növü var:
Sadə və qabarıq çaplı məxməri vizit kartlar.
Sadə çaplı məxmər vizit kartlarda çap olunmuş hissələrə əllə toxunduqda heç nə hiss edilmir. Qabarıq vizit kartlar isə adından da məlum olduğu kimi əllə toxunduğunuz zaman üzərindəki çapları hiss etmək olur.
Məxməri vizit kartın digər bir adı trafaret vizit kart adlanır. Bu isə onun çap növünü göstərən adla əlaqərdardır.
Məxməri (barxad) kağızlar aşağıdakı rənglərdə olur:
Məxməri digər adı ilə “barxad” kağızlar əsasən rəngli kağızlardı və bu kağızların üzərinə çap vurmaq üçün müxtəlif metodlar istifadə edilir. Ağ məxməri kağız üzərinə lazer printer vasitəsilə rəngli və ya bir rəng çap etmək mümkündür. Digər rənglərdə olan məxmər kağızlar üzərinə isə trafaret (ipək çap) və UV printerlə çap edilir.
Trafaret çap əllə çap edildiyi üçün əziyyətli və nisbətən ucuz sayılır. Uv çap isə printerlər vasitəsilə çap edildiyi üçün qiyməti trafaret çapla müqayisədə daha yüksək hesab edilir.
Copyright 2023 Metbee.az. Designed By Webcenter