Zərf çapı bir şirkətin rəsmi yazışmaları zamanı ən çox istifadə edilən mətbəə məhsuludur. Bu məhsulun təməl məqsədi isə korporativ bir imic yaradaraq, brendə dəyər qatmaq və bu yolla şirkətə olan güvəni artırmaqdır.
Zərf çapı ölçülərinə görə fərqlənirlər. Əsasən aşağıdakı kimi bölünürlər.
Diplomat zərflər 22x11sm ölçüsündə olurlar. Bəzən pul zərfi kimi də adlandırılırlar.
A5 zərflər 148x210mm ölçüsündə olurlar. A5 zərflər əsasən dəvətnamələr üçün istifadə edilir.
A4 zərflər 210x297mm ölçüsündən bir az böyük olurlar ki bu a4 sənədlərin asanlıqla yerləşdirə bilmək üçündür.
A3 zərflər 297x420mm -dan daha böyük olurlar. Bu zərflər daha çox geniş formatlı sənədlər üçün istifadə edilir.
Zərflər çap metodlarına görə fərqlənirlər. Lazer çap yəni rəqəmsal printerlər vasitəsilə öncədən satışda olan hər hansı zərf üzrərinə rəngli çap edilir. Bu zaman zərfin yalnız bir üzünə çap olunacağını nəzərdə saxlayın. Bunlar əsasən 1000 ədəd sifarişləriniz üçün daha münasib olan variantdır.
Digər zərf çapı metodu isə ofset çapdı. Bu zaman sifarişin böyük tirajda olması lazımdır.
Zərf çapı sifarişindən öncə diqqət edilməsi lazım olanlar:
- Zərflərin üzərinə şirkətinizin loqo, ünvan, və telefon kimi məlumatlara yer verməyiniz müştərilərinizin sizinlə asanlıqla əlaqə saxlamasını təmin edəcək
- Dizaynı hazırlayarkən çapa uyğun yığmağa diqqət edin. Bu məqsədlə dizayn hazırlayarkən hazır zərf şablonlarına müarciət etməyiniz tövsiyyə edilir.
- Zərflərdə tək üzə çap ediləcəyini unutmayın . Arxa üzünə və qapaq qisminə çap edilmir.
- Zərf dizaynı edərkən loqonuzdakı rənglərdən istifadə etməyə üstünlük verin.
- Diqqət: Dizaynlarınızı bütün zəminə çap olacaq şəkildə hazırlamayın. Zərf dizaynında yuxarıdan 11mm-lik boşluq saxlayın.