Broşür ilə müştərilərinizi cəlb etmək üçün 11 məsləhət

Satışlarınızı artırmaq və ya satışa çıxarmaq istədiyiniz yeni bir məhsul və xidməti təqdim etmək üçün bir broşür hazırlamağı planlaşdırırsınızsa, ehtimal ki, auditoriyanızdan necə müsbət rəy alacağınızı düşünürsünüz. Çünki, broşürun  hazırlanması zəhmət və zaman tələb edir. Belə ki, yazıların hazırlanması, foto və şəkillərin hazırlanması, qrafik dizayn, çap hamısı zaman alır. Təbii olaraq bu qədər çalışmağın sonunda zəhmətinizin qarşılığını almak istəyirsiniz. Bunun üçün bir neçə mərhələni sizə təqdim edirik.

1. Öncə müştərinizi tanıyın

Broşür hazırlamamışdan öncə müştərinizin necə bir profilə sahib olduğunu anladığınızdan əmin olun. Niyə təklif etdiyiniz məhsulu və ya xidməti almaq istəyirlər? Onlara təsirli şəkildə çatmağın ən vacib amili nədir? Məhsullarınız və ya xidmətləriniz bu müştəri bazasına necə həll təklif edir? Broşürü tərtib etməzdən əvvəl bu kimi sualların cavablarını bilməlisiniz.

2. Broşürunuzu diqqət, istək və fəaliyyət xüsusiyyətlərinə görə formalaşdırın

Broşüru təsirli edən bu dörd ünsürdür: Broşür diqqəti cəlb etməli, məzmunu oxumaq üçün kifayət qədər maraqlı olmalı, satışa çıxarılan məhsulu və ya xidməti əks etdirməli və müştəriləri hərəkətə keçməyə sövq etməlidir (məsələn: “İndi zəng edin. İndi sifariş et, biz evinizə çatdıraq! ”).

3. Broşürun ön səhifəsinə heç vaxt şirkət binasının şəkillərini qoymayın
Müştərilərinizə kifayət qədər böyük və ciddi bir marka olduğunuzu göstərmək ürəyinizdən keçə bilər. Bu çox normaldır. Ancaq unutmayın ki, müştəriləriniz şirkətinizin binası və nə qədər böyük olması ilə maraqlanmırlar. Onlar təklif etdiyiniz məhsulların və ya xidmətlərin ehtiyaclarını nə dərəcədə ödəyəcəyinə diqqət yetirirlər.

4. Nağıl danışmayın, satış edin

Müştəriləriniz şirkət binası ilə maraqlanmadığı kimi digər məhsullarla da maraqlanmayacaqlar. Sadəcə onlara lazım olana diqqət edəcəklər. Broşür həm də bir növ marketinq vasitəsi olduğu üçün birbaşa hədəfə yönəlin. Bir sözlə, müştəri bazanızın diqqətini çəkmək üçün onlara təklif etdiyiniz məhsulu və ya xidməti seçməyin onlara necə faydalı olacağını təqdim edin.

5. Hədəf kütlənizin diqqətini çəkəcək başlıqlardan və şəkillərdən istifadə edin

Müştəri broşüru 5 saniyə ərzində oxuyur və məhsulu 5 saniyə ərzində alıb -almamasına qərar verir. Broşürunuzun ön səhifəsində istifadə etdiyiniz şüar və ya şəkillər cansıxıcı olarsa, ehtimal ki, potensial müştəriniz məhsulunuzla maraqlanmayacaq və broşuranı atacaq. Xüsusilə broşürun ön səhifəsində maraqlı şəkillər və şüarlar istifadə edin.

6. Təqdim etdiyiniz məhsul haqqında məlumatları broşürun iç səhifələrində başlıq olaraq bəndlərlə qeyd edin

Broşürün ön səhifəsi diqqət çəkdikdən sonra müştəri broşürun məzmunu haqqında mətni araşdıracaq. Daha əvvəl dediyimiz kimi, müştərilər təklif etdiyiniz məhsulun onlara necə fayda verəcəyi ilə maraqlanır. Qısa məqalələrdə və ya başlıqlarda bu faydaları ümumiləşdirərək yazın.

7. Təqdim etdiyiniz məhsulun təməl özəlliklərinə diqqəti çəkin

Broşüralar, qısa zamanda diqqəti özünə cəlb edəcək və satın almağa təkan verəcək şəkildə tərtib edilməlidir. Müştəridə satın alma impulsunu tətikləmək üçün broşürun daxili səhifələrində qısa şəkildə məhsulun əsas xüsusiyyətlərinə yer verin.

8. Müştərinizin broşüru oxuduqdan sonra nə etməli olduğunu izah edin

Qeyd etdiyimiz ipuclarını istifadə etdiniz və potensial müştərinizi təqdim etdiyiniz məhsula cəlb etdiniz. Növbəti addımınız, müştəriyə məhsul və ya xidmətdən istifadə üçün nə etməli olduğunu söyləməkdir. Müştərilərinizin müvafiq məhsulları (mağazada və ya veb saytında) haradan və necə ala biləcəyini açıq şəkildə bildirməlisiniz.

9. Müştərilərinizin məhsulunuzu almağı üçün cəlbedici bir təklif təqdim edin

Müştərinin rədd edə bilməyəcəyi maraqlı təkliflər təqdim edin. Məsələn, müəyyən bir tarixə qədər müvafiq məhsuldan 50% endirimlə faydalana biləcəklərini və ya pulsuz olaraq promo bir məhsullara sahib ola biləcəklərini yazın.

10. Hədəf kütləniz sizi asanlıqla tapa bilməli

Broşüra bütün əlaqə vasitələrini (ünvan, telefon. faks nömrəsi, veb sayt və s.) daxil edin. Broşura sosial media hesablarınızı və ya QR kodunuzu da əlavə edə bilərsiniz.

11. Riskin hər zaman var olduğunu unutmayın

Unutmayın ki, risk həmişə var! Bunu qəbul etdikdən sonra daha mükəmməl şəkildə biznes qura bilərsiniz.

Copyright 2023 Metbee.az. Designed By Webcenter