Sərfəli loqolu hədiyyə dəsti A01: kart qabı, açarlıq və qələm
Sərfəli loqolu hədiyyə dəsti axtarırsınızsa, A01 yığcam və qənaətcil seçimdir. Dəst qara qutuda təqdim olunan kart qabı (vizitka qabı), açarlıq və qələmdən ibarətdir (14×16,5 sm). Metbee.az Bakıda şirkət loqosunu dəstin üzərinə çap edir, ona görə A01 əməkdaşlara, müştərilərə və tərəfdaşlara verilən korporativ hədiyyə kimi seçilir. Sifariş 10 ədəddən başlayır.
A01 dəstinə nə daxildir?
Dəstdə kart qabı, açarlıq və qələm var. Nümunə şəkildə loqo üç məhsulun üzərində görünür. Loqonun hansı məhsullara çap olunacağını sifariş zamanı dəqiqləşdiririk. Bütün məhsullar eyni qutuda yerləşdiyi üçün dəst alıcıya hazır hədiyyə kimi təqdim olunur və ayrıca qablaşdırma tələb etmir.
Sərfəli loqolu hədiyyə dəsti A01 qiymətləri
Loqo çapı ilə A01 dəstinin qiyməti tirajdan asılıdır. Bu qiymət cədvəlində qutunun içərisindəki məhsullar üzərinə çap daxildir. Tiraj artdıqca bir dəstin qiyməti azalır:
| Tiraj | 1 dəstin qiyməti | Cəmi |
|---|---|---|
| 10 ədəd | 12,00 ₼ | 120,00 ₼ |
| 20 ədəd | 11,00 ₼ | 220,00 ₼ |
| 30 ədəd | 10,50 ₼ | 315,00 ₼ |
| 50 ədəd | 10,00 ₼ | 500,00 ₼ |
Qutu üzərinə rəngli çap seçilərsə, bir dəstin qiymətinə 2 ₼ əlavə olunur. Çapsız A01 dəstinin qiyməti 9,00 ₼-dir. Məsələn, 10 əməkdaş üçün 10 dəst birrəngli loqo çapı ilə 120 ₼-dır
A01 kimlər üçün uyğundur?
Yığcam ölçüsü və aşağı qiyməti sayəsində A01 çox sayda paylama üçün rahatdır: bayram hədiyyələri, konfrans və təlim iştirakçıları, yeni əməkdaşlar, müştərilərə təşəkkür və kiçik tədbirlər. Büdcə məhdud olduqda belə şirkət loqosu ilə yadda qalan hədiyyə vermək mümkündür. Daha geniş tərkibli seçimlər üçün hədiyyə dəstləri səhifəsinə baxın.
A01 hədiyyə dəsti necə sifariş edilir?
Tirajı və loqonuzu menecerlərimizə WhatsApp-da göndərin, sifarişi birlikdə dəqiqləşdirək. Sifariş 1-2 gün ərzində hazır olur.
Tez-tez verilən suallar
Bakıda loqolu hədiyyə dəstini harada sifariş etmək olar?
Metbee.az-da. Tirajı və loqonuzu WhatsApp-da göndərməyiniz kifayətdir.
10 əməkdaş üçün hədiyyə dəsti nə qədərə başa gəlir?
A01 dəstindən 10 ədəd birrəngli loqo çapı ilə 120 ₼ dır.
Dəstə nə daxildir?
Kart qabı (vizitka qabı), açarlıq və qələm.
Qutunun üzərinə rəngli loqo çap olunurmu?
Bəli, hər dəstin qiymətinə 2 ₼ əlavə olunur.