A5 Qaimə Çapı – Daxili və Özüköçürən Qaimə Sifarişi
A5 qaimə çapı mağazalar, şirkətlər, anbarlar, servis mərkəzləri və satış müəssisələri üçün qaimə blanklarının hazırlanmasıdır. Metbee.az-da A5 ölçüsündə daxili qaimə, özüköçürən (samokopir) qaimə və hesab-faktura blankları sifariş edə bilərsiniz.
A5 qaimələr ağ-qara və rəngli çapla hazırlanır. Şirkətin loqosu, rekvizitləri və fəaliyyət sahəsinə uyğun fərdi dizayn tətbiq etmək mümkündür. Məhsul videosunu izləyə bilərsiz
A5 Qaimə Qiymətləri
148×210 mm • Qiymətlər 1 kitab üçün (AZN)
| 2 kopyalı (50+50) | ||
|---|---|---|
| Kitab sayı | Ağ-qara | Rəngli |
| 1 | 9,00 | 10,00 |
| 10 | 5,00 | 5,30 |
| 20 | 4,50 | 4,70 |
| 50 | 4,20 | 4,50 |
| 100 | 3,90 | 4,00 |
| 3 kopyalı (50+50+50) | ||
|---|---|---|
| Kitab sayı | Ağ-qara | Rəngli |
| 1 | 14,00 | 15,00 |
| 10 | 6,30 | 6,60 |
| 20 | 6,20 | 6,50 |
| 50 | 5,80 | 6,00 |
| 100 | 5,00 | 5,30 |
| 4 kopyalı (50+50+50+50) | ||
|---|---|---|
| Kitab sayı | Ağ-qara | Rəngli |
| 1 | 15,00 | 16,00 |
| 10 | 7,50 | 7,80 |
| 20 | 7,10 | 7,30 |
| 50 | 6,70 | 6,90 |
| 100 | 6,00 | 6,20 |
Abloşka üzərinə çap: +0,30 AZN / kitab
Nömrələmə: Pulsuz
Perforasiya: Pulsuz
Qiymətlər 1 kitab üçün göstərilib.
A5 qaimə çapı – texniki xüsusiyyətlər
- Ölçü: A5 – 148 × 210 mm (14,8 × 21 sm)
- Kağız: Xüsusi özüköçürən (samokopir) kağız
- Çap: Ağ-qara və ya rəngli
- Kopya sayı: 2, 3 və 4 qatlı variantlar
- Dizayn: Fərdi loqo və şirkət məlumatları
- Nömrələmə: Nömrəli və ya nömrəsiz
- Perforasiya: Vərəqlərin rahat qoparılması üçün
- Hazırlanma forması: Ayrı dəstlər və ya kitabça şəklində
Daxili qaimə A5 nədir?
Daxili qaimə A5 məhsulların satışı, anbar hərəkəti, sifariş qəbulu və təhvil-təslim əməliyyatlarının qeydiyyatı üçün istifadə olunan blankdır.
A5 ölçüsü A4 formatından iki dəfə kiçikdir. Daha az yer tutur, daşınması və saxlanması rahatdır.
Bu ölçü xüsusilə mağazalar, çatdırılma şirkətləri, servis xidmətləri və gündəlik satış əməliyyatları üçün əlverişlidir.
A5 özüköçürən qaimə (samokopir)
Özüköçürən qaimə xüsusi kağızdan hazırlanır. Üst vərəqə qələmlə yazılan məlumat alt nüsxələrə köçürülür. Beləliklə, eyni məlumatı yenidən yazmağa ehtiyac qalmır.
Bu kağız samokopir, samokapir və ya özü köçürən kağız adı ilə də tanınır.
A5 qaimə üçün kopya variantları:
- 2 qatlı qaimə (50+50): 1 original və 1 surət
- 3 qatlı qaimə (50+50+50): 1 original və 2 surət
- 4 qatlı qaimə (50+50+50+50): 1 original və 3 surət
Hər variantda 50 qaimə dəstindən ibarət kitabça hazırlamaq mümkündür.
Nüsxələr müştəriyə, satıcıya, anbara və ya mühasibatlıq bölməsinə təqdim edilə bilər.
A5 qaimə çapı – ağ-qara və rəngli seçimlər
Ağ-qara A5 qaimə gündəlik istifadə üçün praktik və sərfəli seçimdir. Məhsul siyahısı, qiymət, tarix və digər məlumatlar aydın şəkildə çap olunur.
Rəngli A5 qaimə şirkətin loqosunu və dizayn elementlərini korporativ rənglərdə göstərməyə imkan verir.
Özüköçürən qaimələrin alt vərəqləri mövcud kağız rənglərinə uyğun olaraq ağ, sarı, çəhrayı, mavi və digər rənglərdə seçilə bilər.
A5 hesab-faktura və qaimə kitabçası
Metbee.az-da A5 ölçüsündə müxtəlif təyinatlı çap blankları hazırlamaq mümkündür:
- Daxili qaimə və satış qaiməsi
- Hesab-faktura və faktura blankı
- Mal göndəriş və çatdırılma qaiməsi
- Sifariş qəbulu forması
- Təhvil-təslim blankı
- Ödəniş və mədaxil qəbzi
A5 qaimənin üzərində şirkətin adı, loqosu, VÖEN, əlaqə məlumatları, məhsul adı, miqdar, qiymət, ümumi məbləğ və imza bölmələri yerləşdirilə bilər.
İstəyə əsasən qaimələr ardıcıl nömrələnir və perforasiya ilə hazırlanır. Bu, sənədlərin qeydiyyatını və kitabçadan ayrılmasını asanlaşdırır.
A5 qaimə çapı qiymətləri və sifarişi
A5 qaimə çapı qiymətləri sifariş tirajına, kopya sayına, çap rənginə və əlavə hazırlanma xüsusiyyətlərinə görə dəyişir.
Ağ-qara və rəngli qaimələrin qiymətlərini müqayisə edərək ehtiyacınıza uyğun variantı seçə bilərsiniz.
Çoxsaylı kitabça sifarişlərində bir kitabçanın qiyməti sifariş miqdarına uyğun hesablanır.
Bakıda A5 qaimə sifarişi – Metbee.az
Metbee.az 2015-ci ildən Bakıda çap və poliqrafiya xidmətləri göstərir.
A5 qaimə çapı üçün hazır dizaynınızı göndərə bilərsiniz. Dizaynınız yoxdursa, şirkətinizin fəaliyyətinə uyğun fərdi qaimə blankının hazırlanması üçün müraciət edə bilərsiniz.
Özüköçürən qaimə, daxili qaimə, hesab-faktura və nömrəli qaimə kitabçalarının sifarişi üçün Metbee.az ilə əlaqə saxlayın.
Tez-tez verilən suallar
A5 qaimənin ölçüsü neçədir?
A5 qaimənin ölçüsü 148 × 210 mm-dir. A4 formatının yarısı qədərdir.
A5 qaimə neçə kopyalı hazırlanır?
A5 qaimələr 2, 3 və 4 qatlı özüköçürən variantlarda hazırlana bilər.
Samokopir qaimə nədir?
Samokopir qaimə xüsusi özüköçürən kağızdan hazırlanır. Üst vərəqdə yazılan məlumat alt nüsxələrə köçürülür.
A5 qaimənin üzərində loqo çap etmək olar?
Bəli. Şirkətin loqosu və əlaqə məlumatları fərdi dizayna əlavə edilə bilər.
A5 qaimə rəngli çap olunur?
Bəli. A5 qaimələri həm ağ-qara, həm də rəngli çapla sifariş etmək mümkündür.
A5 qaimə ilə A4 qaimə arasında fərq nədir?
Əsas fərq ölçüdür. A5 daha yığcamdır. A4 isə geniş məhsul siyahıları və çoxsaylı məlumatlar üçün daha uyğundur.