/

Qaimə çapı – Özüköçürən qaimə və faktura sifarişi
Material Xüsusi özü köçürən kağız
Minimal tiraj 1 ədəd
Təhvil müddəti 1-2 gün
Dizayn ödənişsiz

Qiymət:

3.00₼

Qaimə çapı – Özüköçürən qaimə və faktura sifarişi

Qaimə çapı – şirkətlər, mağazalar, anbarlar və digər müəssisələr üçün qaimə blanklarının hazırlanmasıdır. Metbee.az-da A4, A5, A6 və xüsusi ölçülərdə, ağ-qara və rəngli, 1–4 kopyalı qaimə sifariş edə bilərsiniz.

Daxili qaimə, özüköçürən (samokopir) qaimə, hesab-faktura və təhvil-təslim blankları şirkətinizin loqosu və məlumatlarına uyğun hazırlanır. Məhsul videosuna baxa bilərsiz.

Özüköçürən qaimə (Samokopir) nədir?

Özüköçürən qaimə xüsusi kağızdan hazırlanan çoxnüsxəli blankdır. Üst vərəqə qələmlə yazılan məlumat alt vərəqlərə də köçürülür.

Bu kağız samokopir, samokapir, samokopiya və ya özü köçürən kağız kimi də tanınır.

Belə qaimələr satış, çatdırılma, anbar uçotu və məhsulların təhvil-təslimi zamanı istifadə olunur.

Qaimə ölçüləri – A4, A5 və A6

Qaimə çapı üçün ən çox istifadə olunan ölçülər:

A4 qaimə – 21 × 29,7 sm

A4 qaimə çoxsaylı məhsul, qiymət və məlumatların qeyd edilməsi üçün uyğundur. Anbar, topdansatış, mühasibatlıq və çatdırılma şirkətlərində istifadə edilir.

A4 qaimə qiymətləri və sifarişi →

A5 qaimə – 14,8 × 21 sm

A5 qaimə gündəlik satış və məhsul təhvili üçün rahat ölçüdür. Mağazalar, servis mərkəzləri və çatdırılma xidmətləri üçün uyğundur.

A5 qaimə qiymətləri və sifarişi →

A6 qaimə – 10,5 × 14,8 sm

A6 qaimə kiçik və yığcam blankdır. Azsaylı məhsulun qeydiyyatı, sifariş qəbulu və sadə satış əməliyyatları üçün istifadə olunur.

A6 qaimə qiymətləri və sifarişi →

Standart ölçülərdən əlavə, sifarişə uyğun fərdi ölçülərdə qaimə hazırlanması da mümkündür.

1, 2, 3 və 4 kopyalı qaimə çapı

Özüköçürən qaimələr surət sayına görə fərqlənir:

  • 1 kopyalı qaimə: 1 original + 1 surət
  • 2 kopyalı qaimə: 1 original + 2 surət
  • 3 kopyalı qaimə: 1 original + 3 surət
  • 4 kopyalı qaimə: 1 original + 4 surət

Qaimənin bütün nüsxələrində eyni məlumat əks olunur. Bu nüsxələr müştəriyə, satıcıya, anbara və mühasibatlığa təqdim edilə bilər.

Kopya sayını sənədləşmə ehtiyacınıza uyğun seçə bilərsiniz.

Ağ-qara və rəngli qaimə çapı

Ağ-qara qaimə gündəlik istifadə üçün sərfəli və praktik seçimdir.

Rəngli qaimə isə şirkətin loqosunu, başlıqları və digər dizayn elementlərini rəngli göstərməyə imkan verir.

Qaimələr şirkətin firma üslubuna uyğun hazırlanır. İstəyə əsasən nömrələmə, fərqli bölmələr və əlavə məlumat xanaları yerləşdirilə bilər.

Daxili qaimə, hesab-faktura və digər blanklar

Metbee.az-da müxtəlif fəaliyyət sahələri üçün çap blankları sifariş etmək mümkündür:

  • Daxili qaimə – müəssisədaxili mal hərəkətinin qeydiyyatı
  • Satış qaiməsi – satılan məhsulların sənədləşdirilməsi
  • Çatdırılma qaiməsi – məhsulun müştəriyə təhvil verilməsi
  • Hesab-faktura blankı – məhsul və xidmətlərin məbləğinin göstərilməsi
  • Təhvil-təslim blankı – məhsulun və ya xidmətin təhvilinin təsdiqi
  • Sifariş blankı – müştəri sifarişlərinin qeydiyyatı
  • Mədaxil və ödəniş qəbzləri – ödəniş və qəbul əməliyyatlarının qeydiyyatı

Blankların üzərində şirkət adı, loqo, VÖEN, əlaqə məlumatları, məhsul siyahısı, qiymət, məbləğ və imza bölmələri yerləşdirilə bilər.

Nömrəli qaimə və qaimə kitabçası

Qaimələr nömrəli və nömrəsiz hazırlana bilər. Ardıcıl nömrələmə sənədlərin qeydiyyatını və axtarışını asanlaşdırır.

Qaimə kitabçası isə blankların bir yerdə saxlanması və gündəlik istifadəsi üçün əlverişlidir.

Sifariş zamanı kitabça sayı, kopya sayı və nömrələmə tələbləri müəyyən edilir.

Qaimə çapı qiymətləri

Qaimə qiymətləri aşağıdakı seçimlərə görə dəyişir:

  • Qaimənin ölçüsü: A4, A5, A6 və ya xüsusi ölçü
  • Çap növü: ağ-qara və ya rəngli
  • Kopya sayı: 1, 2, 3 və ya 4
  • Sifariş tirajı və kitabça sayı
  • Nömrələmə və əlavə hazırlanma tələbləri

Dəqiq qiyməti öyrənmək üçün istədiyiniz qaimə ölçüsünü seçin və qiymət cədvəlinə baxın.

Qaimə sifarişi – Metbee.az

Bakıda fəaliyyət göstərən Metbee.az çap və poliqrafiya mərkəzində şirkətiniz üçün qaimə, özüköçürən blank, daxili qaimə və hesab-faktura çapı sifariş edə bilərsiniz.

Hazır qaimə nümunənizi göndərə və ya ehtiyacınıza uyğun yeni dizayn hazırlanması üçün müraciət edə bilərsiniz.

Qaimə çapı üçün Metbee.az ilə əlaqə saxlayın və sifarişinizi verin.

Qaimə çapı haqqında tez-tez verilən suallar

Qaimə çapı üçün hansı ölçülər mövcuddur?

Ən çox istifadə olunan ölçülər A4, A5 və A6-dır. Fərdi ölçüdə də sifariş vermək mümkündür.

Samokopir və özüköçürən qaimə eyni şeydir?

Bəli. Samokopir xüsusi özüköçürən kağızdan hazırlanan qaimə növüdür.

Qaimənin üzərində loqo çap etmək olar?

Bəli. Şirkətin loqosu, rekvizitləri və xüsusi məlumatları qaimə dizaynına daxil edilə bilər.

Qaimələr rəngli çap olunur?

Bəli. Qaimə blankları həm ağ-qara, həm də rəngli çapla hazırlana bilər.

Qaimə kitabçası ilə adi qaimə arasında fərq nədir?

Qaimə kitabçasında blanklar birləşdirilmiş formada olur. Ayrı qaimə dəstləri isə kitabça şəklində birləşdirilmir.

Qaimə çapı neçə günə hazır olur?

Hazırlanma müddəti tirajdan, kopya sayından və çapın xüsusiyyətlərindən asılıdır. Sifariş zamanı dəqiqləşdirilir.