Bloknot Premium
Premium bloknot sərt karton üz qabığı, xüsusi cildləmə və fərdi dizayn imkanları ilə seçilən yüksək keyfiyyətli spirallı dəftərdir. metbee.az olaraq Bakıda A5 ölçülü, 2 mm qalınlığında sərt karton üzlüklü, qızılı və gümüşü klişe folqa basqılı, qabarıq laklı premium bloknotların sifarişlə hazırlanmasını təklif edirik.
Bu bloknotlar şirkət loqosu ilə hazırlanaraq korporativ hədiyyə, biznes görüşləri, seminarlar və xüsusi təqdimatlar üçün istifadə oluna bilər.
A5 Premium Spirallı Bloknot – Qiymətlər
| Ədəd sayı | 1 ədədin qiyməti | Ümumi məbləğ |
|---|---|---|
| 10 ədəd | 13.00 AZN | 130 AZN |
| 50 ədəd | 7.00AZN | 350 AZN |
| 100 ədəd | 6.00 AZN | 600 AZN |
Texniki xüsusiyyətlər:
Ölçü: A5 (148 × 210 mm)
İç vərəq: 50 vərəq
Üz qabığı: 2 mm qalınlığında karton, sərt cildləmə
Cildləmə: Yandan metal spiral
Üz qabığına basqı: Klişe basqı və ya qabarıq yazı
Premium bloknotlar nə zaman istifadə edilə bilər:
- Hədiyyəlik məhsul kimi
- Brendin daha premium təqdimatı üçün
- Şirkətin imicini yüksək göstərmək üçün
Premium bloknotların digər sadə bloknotdan əsas fərqi onların üz qabığının materialından asılıdır. 2mmlıq karton kağızı fərqli cidləmə kağızları ilə cidlədikdən sonra üzərinə əvvəldən hazırlanmış klişe ilə qızılı və ya gümüşü folqa ilə basqı edə bilərik. Burada folqaların rəng seçimləri dizayndan və müştəri zövqündən asılıdır. Belə ki istənilən rəngdə folqalar mövcuddur. Ən geniş yaılan folqa rəngləri qızılı və gümüşü olaraq qalır.
Bloknotların üz qabığı istənilən rəngdə və dizaynda ola bilər. Premium bloknlarda iç vərələqri rəngli və ya ağ-qara ola bilər. bu qiymətlərə təsir etmir. İç vərəqin qalınlığı standart bloknotlarda 80qr kağız sıxılığında olur. Amma müştəri istəyindən asılı olaraq 120qr kağızla da tərtib etmək mümkündür.
Premium spirallı bloknotların spiralları müxtəlif rəngdə ola bilər əsasən ağ, qara, qızılı, gümüşü rəngdə olur. Bloknotu premium görsədən digər bir məqam onun spiralının seçimdir. Belə ki spiralın qızılı gümüşü və qara rəngləri bloknotu daha premium və daha gözəl görsədir.
Müştərilər bu bloknotu googledə axtaran zaman bəzən “dəftər”, “promo dəftər”, “simli bloknot”, “spirallı dəftər”, “spirallı bloknot” “promosyon dəftər” və s. kimi sözlərlə tapmağa çalışırlar. Bizə zəng etdikdə dərhal müştəriyən ən uyğun variantı təklif edirik. Çünki spirallı bloknotun növləri çoxdur. A5 sadə Spirallı bloknot, A6 spirallı bloknot, A4 spirallı bloknot və üzəri sadəcə qalın kartonla cidlənmiş spirallı bloknot ola bilər.
Premium bloknotlarI bir çox mətbəələr hazırlaya bilər. Amma Bakıda bu bloknotları keyfiyyətli hazırlamağı metbee.az yaxşı bacarır.