+994515162086

Yuma təlimatları – Japon akmaz

Geyim etiketləri içərisində yuma təlimatları xüsusi yer tutur. Bu geyimlərinizin iç hissəsində yer alır. Əsasən bir rəngdən- qara rəngdən  ibarət olur.

Ölçüləri 25x40mm, 30x50mm və s. ola bilər. Japon akmaz materialı ilə hazırlanan bu etiketlər də istilik dözümünə görə fərqlənir. 30-40 C dözümlü yuma təlimatları (japon akmaz) daha geniş yayılmışıdır. Yuma təlimatlarında qeyd olunan işarələrin tələblərinə düzgün əməl etdikdə yəni geyimi təlimatlarına uyğun yuyulduqda paltarın ömrü uzanır. Buna görə də ən az paltarın keyfiyyəti qədər onun yuma təlimatları da önəmlidir. Metbee.az geyim etiketləri içərisində ən məşhur olan japon akmaz – yuma təlimatlarının hazırlanması və istehsalını təklif edən yeganə istehsalçıdır.

Bütün bunları nəzərə alaraq sizə geyimlərinizdə tez-tez rastlaşdığınız Yuma təlimatlarındakı işarələrin mənasını təqdim edirik. Geyimlərinizi düzgün yuyun ki ömrü uzun olsun.

Yuma simvolları

Ağartma simvolları

Qurutma simvolları

Sıxma simvolları

Ütü simvolları

Quru təmizləmə simvolları

Paltaryuyanda Yuyulur – Normal

Paltar, durulama üsulu ilə yuyan hər hansı bir paltaryuyanda ən isti su, yuyucu tozu və ya sabun istifadə edilərək yuyula bilər.

Paltaryuyanda Yuyulur – Soyuq

Paltarın yuma suyunun başlanğıc temperaturu  30°C’yi aşmamalı.

Paltaryuyanda Yuyulur – İlıq

Paltarın yuma suyunun başlanğıc temperaturu  40°C’yi aşmamalı.

Paltaryuyanda Yuyulur – isti

Paltarın yuma suyunun başlanğıc temperaturu  50°C’yi aşmamalı.

Paltaryuyanda Yuyulur – isti

Paltarın yuma suyunun başlanğıc temperaturu  60°C’yi aşmamalı.

Paltaryuyanda Yuyulur – isti

Paltarın yuma suyunun başlanğıc temperaturu  70°C’yi aşmamalı.

Paltaryuyanda Yuyulur – isti

Paltarın yuma suyunun başlanğıc temperaturu  95°C’yi aşmamalı.

 

Paltaryuyanda Yuyulur – Ütüyə ehtiyac yoxdu

Paltar, maşının “Ütü lazım deyil” rejimində – sıxma prosessinin zəif olduğu və sıxmaya başlamadan öncə soyutma yada soyuq su ilə durulama  proqramında yuyulur.

Paltaryuyanda Yuyulur – İncə / Həssas

Platar, paltaryuyanın “zərif geyimlər” ya da “həssas paltarlar” rejimində – yuma hərəkətlərinin nazik və yavaş olduğu ya da həssas geyimləri qorumağa yönəlik qısa müddətli yuma proqramlarında yuyulur.

Əldə yuyulur

Paltar, nazik hərəkətlərlə su və yuyucu toz  ya da sabun istifadə edilərək yuyulur.

Yuyulmaz

Paltara, hər hansı bir yuma prosesini tətbiq etmək mümkün deyil. Bu simvol əsasən quru təmizləmə üçün nəzərdə tutulmuş geyimlərdə yer alır. Davamında quru təmizləmə işarələri yer almaqdadır.

Ağartma simvolları

Ağardıcı istifadə edilə bilər

Paltarın yuyulmasında istənilən növ ağardıcı maddə istifadə edilə bilər.

Xlorsuz Ağardıcı istifadə edilə bilər

Paltarın yuyulmasında lazım olduğu halda yalnız xlor tərkibi olmayan və rəngləri korlamayan ağardıcı maddə istifadə edilə bilər. Xlor ağardıcılar istifadə etmək olmaz.

Ağardıcı istifadə etmək olmaz

Paltarın yuylmasında heç bir ağardıcı maddə istifadə etmək olmaz. Geyimin parçası ağardıcılara dözümlü deyildir və ya rəngləri dəyişdirə bilər.

Qurutma simvolları

Baraban qurutma – Normal

Paltarın qurudulmasında barabanlı qurutma maşının  hərhansı bir programının ən yüksək rejimində qurudula bilər.

Baraban qurutma – Normal, aşağı temperatur

Paltarın qurudulmasında barabanlı qurutma maşının “alçaq temperatur” rejiminə uyğundur.

Baraban qurutma – Normal, orta temperatur

Paltarın qurudulmasında barabanlı qurutma maşının “orta temperatur” rejiminə uyğundur.

Baraban qurutma – Normal, yüksək temperatur

Paltarın qurudulmasında barabanlı qurutma maşının “yüksək temperatur” rejiminə uyğundur.

Baraban qurutma – Normal,  temperatur istifadə edilmədən

Paltarın qurudulmasında baraban qurutma maşının  “temperatur vermədən” ya da sadəcə “Hava Vermə ” rejimi istifadə edilir.

Baraban qurutma – Ütüyə ehtiyac yoxdu.

Paltarın qurudulmasında barabanlı qurutma maşınında “Ütü lazım deyil” rejimi istifadə edilir.

Baraban qurutma – Zərif, incə.

Paltarın qurudulmasında barabanlı qurutma maşınında “zərif, incə” rejimi istifadə edilir.

Baraban qurutma- Olmaz

Paltarın, geyimin qurudulmasında barabanlı qurutma cihazı istifadə edilməz. Bu işarənin ardından əsasən qurutma üçün izlənəcək üsulun işarəsi yer alır.

Maşında qurutmaq olmaz

Paltarın qurudulmasında qurutma maşını istifadə edilməz. Bu işarənin ardından əsasən qurutma üçün izlənəcək üsulun işarəsi yer alır.

İpdə Qurudulur

Yaş paltar içəridə ya da çöldə ipə və ya askıya asılı vəziyyətdə qurudulur.

Sıxmadan qurudulur.

Yaş paltar hər hansı bir sıxma işi aparmadan içəridə ya da çöldə ipdə asqıya asılı vəziyyətdə qurudulur.

Düz  sərilərək qurutulur

Paltar üfiqi vəziyyətdə düz  bir səthə yayılaraq qurudulur.

Gölgədə Qurudulur

Paltar kölgədə, birbaşa günəş işığına məruz qalmadan qurudulur. Əsasən “İpdə” ya da “Sıxmadan” qurudulur işarəsindən sonra gəlir.

Sıxma simvolları

Sıxmaq olmaz

Paltara hər hansı bir sıxma əməliyyatl tətbiq etmək olmaz.

Ütü simvolları

Ütü – İstənilən temperaturda, Buxarlı və ya quru

Paltara normal bir ütüləmə etmək olar. Prosess buxarlı ya da quru olaraq istənilən temperaturda tətbiq edilə bilər.

Ütü – aşağı temperaturda

Paltara normal bir ütüləmə prossesi, buxarlı ya da quru olaraq, “aşağı temperatur” – 110°C – rejimində tətbiq edilə bilər.

Ütü – orta  temperaturda

Paltara normal bir ütüləmə prossesi, buxarlı ya da quru olaraq, “orta temperatur” – 150°C – rejimində tətbiq edilə bilər.

Ütü – Yüksək  temperaturda

Paltara normal bir ütüləmə prossesi, buxarlı ya da quru olaraq, “yüksək temperatur” – 200°C – rejimində tətbiq edilə bilər.

Ütü – Buxarsız

Paltara təyin edilən temperaturda  buxarsız ütüləmə prosessi tətbiq edilə bilər.

Ütü vurmaq olmaz

Paltara bu və ya digər şəkildə heç bir ütü prossesi tətbiq etmək olmaz.

Quru təmizləmə simvolları

Quru Təmizləmə

Paltara hər hansı bir həll yolu fırlanma sürəti, nəm və istilik prossesi  ilə quru təmizləmə işi aparıla bilər.

Quru Təmizləmə – Hər hansı bir həll yolu ilə

Paltarın quru təmizləmə prossesində hər hansı bir həll yolu seçilə bilər. Əsasən digər quru təmizləmə işarələri ilə birgə çıxış edər.

Quru Təmizləmə – Petrol (neft) tərkibli həll yolu.

Paltarın quru təmizləmə prossesində neft (petrol) tərkibli maddələr istifadə edilə bilər.  Genelde diğer kuru temizleme kısıtlama simgelerine eşlik eder. Əsasən digər quru təmizləmə işarələri ilə birgə çıxış edər.

Quru Təmizləmə – Trikloretilen xaric hər hansı bir həll yolu ilə

Paltarın quru təmizləmə prossesində  Trikloretilen xaric hər hansı bir həll yolu tətbiq edilə bilər.

Quru Təmizləmə – qısa Proqram

Paltarın quru təmizləmə prossesində “qısa Proqramı” tətbiq edilir. A, F və ya P həll yollarına yoldaşlıq edə bilər.

Quru Təmizləmə – Aşağı rütubət (nəm)

Paltarın quru təmizləmə prossesində “aşağı rütubət, (nəm) Proqramı” tətbiq edilir. A, F və ya P həll yollarına yoldaşlıq edə bilər.

Quru Təmizləmə – aşağı temperatur

Paltarın quru təmizləmə prossesində “alçaq temperatur Proqramı” tətbiq edilir. A, F və ya P həll yollarına yoldaşlıq edə bilər.

Quru Təmizləmə – Buxarsız

Paltarın quru təmizləmə prossesində “buxarsız Proqramı” tətbiq edilir. A, F və ya P həll yollarına yoldaşlıq edə bilər.

Quru Təmizləmə olmaz

Paltar quru təmizləyə uyğun deyildir. Quru təmizləməyə vermək olmaz.