Qalın vizitka – 350 qr. bristol kağız

Qalın bristol vizitkart  –  vizitka sifarişləri içərisində ən qalın hesab edilən vizitka növüdür. Əgər seçiminiz bristol kağızdan hazırlanan vizitka olacaqsa aşağıdakı kağız xüsusiyyətləri ilə tanış olmağınız və vizitkanın tanıtım videosunu izləməyiniz tövsiyyə edilir.


Bristol kağızlar digər eyni qrammajlı kağızlarla müqayisə edildiyi zaman daha sərt və daha qalın görünüşə malikdir. Bristol kağızlar tamamilə ağ rəngdə olmayıb bir qədər sarımtıl rəngli olurlar. Bu tip kağızlar əsasən bir tərəfli çap üçün uyğundur. Kağızın digər üzü toneri və ya boyanı yüksək keyfiyyətdə qəbul etmir.

Əgər vizitka dizaynı daha çox ağ zəmində hazırlanıbsa bu zaman bristol kağızlarda çap edilməsində heç bir problem yaranmayacaq. Vizitkanın arxa fonunda tamamilə rəng olacaqsa bunu bir uzunundə olmasına diqqət edin. Məsələn, iki üzü də qara rəng vizitka dizaynı bu kağızlar üçün spesifik deyil. Bu zaman dizaynda bir üzü qara, digər üzü isə fonsuz olmasına üstünlük verin.

Vizitkanın kənarları düz və ya oval ola bilər. Oval kənarlı vizitkalar bir qayda olaraq 85x55mm edilməsi məsləhət görülür. Düz kənarlı vizitkaların ölçüləri isə 90x50mm hazırlanır.

 

 

Copyright 2023 Metbee.az. Designed By Webcenter