+994515162086

Stiker çapı

Stiker Nedir

stiker çapı

Stiker

Ticarətdə ən önəmli məqam yaddaşda qalmaqdır. Bukletlər, flayerlər, vizitka və digər reklam məhsulları məhz bundan ötrüdür. Stickerlər də digər reklam vasitələri kimi şirkətin reklamını edir amma onlardan bəzi fərqliklərlə ayrılır. Digər reklam məhsullarında kampaniyalar və ya xidmətlər haqqında məlumatlar əks etdirilirsə, stiker çapında məqsəd, markanın ağılda qalması və ehtiyac yarandığı zaman asanlıqla əlçatımlı olmasıdır.

Müştərinizin müntəzəm olaraq gözünün önündə, ağlının bir küncündə olmanızı təmin edən  stiker çapları, eyni zamanda güvən hiss yaradan keyfiyyətli bir marka imici yaratmağı təmin  edir. Məhsulun və ya xidmətin keyfiyyəti qədər, önəmli olan  yadda qalıcılıq və inam ifadə edən reklam vasitələrinin keyfiyyəti də vacibdir. Firmanızın loqosunu, adını, məlumat bilgilərini ya da sloqanını əks etdirən stikerlər ilə daima müştəriyə sizi xatırladır, bir müddət sonra isə yaddaşlarda əminlik qazanmasını təmin etmiş olur. Fəaliyyət göstərdiyiniz sahədə də ehtiyac olan zaman ağıla sizin gələcəyiniz kimi  avantajınız olacaq.

Soyuducu, paltaryuyan, qabyuyan, kombi, bina qapısı, avtomobil şüşəsi, kəhvədan, su, şərab butulkası kimi səthlərə yapışdırılan stiker- etiket reklamlar ilə daim potensiyal müştərini markanızı görməsini təmin edər, ağılda qalıcı  bir təsir yaratmış olacaqsınız. Yapışdırılan səthdən soyulması bir az çətin olduğu üçün stikerləri tez-tez dəyişdirmə şansınız olmaz. Buna görə də dizaynı çox yaxşı hazırlamalı və keyfiyyətli material istifadə etməyə xüsusi fikir verilməlidir. Firmanıza məxsus bir rəng və slogan olduqca təsirli bir reklam üsulu olacaqdır. Seçiləcək rəng isə diqqət çəkməli, digər  etiket – stikerlərdən  önə çıxmağınızı təmin edir.  Unutmayın ki rəqibləriniz də stiker –  reklam taktikasını istifadə edəcəkdir.

etiket

araq etiketi

Stiker çapı əsasən parlaq (ofset) kağızlarla hazırlanır. Normal kağızlardan bir pillə daha artıq dözümlü olduqları və vizual dizaynı daha yaxşı əks etdirdiyi üçün daha çox üstünlük verilir. Amma yenə də çöl məkanlarda korlanmalar qaçılmazdır. Bunun üçün  iç məkanlarda arxası yapışqanlı, çöl məkanlarda da ön səthi yapışqanlı sticker istifadə etməniz daha ağıllı seçim olardı. Yəni nə qədər kiçik və sadə görünürsə görünsün stiker dizaynı diqqət çəkməlidir.

Siz də şirkətinizin uzun müddətli reklamını sticker ilə etməyi istəsəniz metbee.az -a daxil olmanız kifayət edər.