+994515162086

Parça etiket

Parça etiket – tekstil sektorunda məhsul və geyim təlimatarını özündə əks etdirən etiket növlərindən biridir.  Toxunma üsulu ilə  iplərlə sətin material üzərində istədiyiniz loqonu və ya yazını  toxumağa imkan verir.  quru kimyəvi təmizləməyə uyğun istehsal edilir. Metbee.az olaraq müştərilərin istəklərinə uyğun olaraq istənilən ölçülərdə hazırlana bilər.

Material olaraq əsasən ipəkdən istifadə edilir. Amma daha çox tələb edilən sətin materialıdır.

Standartlarına gəldikdə isə eni 15mm və uzunluğu isə 50mm-dən başlayır 60mm, 70mm olur. Ölçülərin artması isə birbaşa qiymətdə artımla müşahidə edilir. Parça etiketin sağ və solundan 5mm ölçülərində qat yeri qoyulur. Bu isə etiketləri geyimlərinizə asanlıqla tikməyə imkan yaradır. Əsasən paltarın iç hissəsindən tikilir.

Toxunma etiketlərin minimum sifariş sayı 1000 ədəddən başlayır. Sifariş verildikdən 10-12 gün ərzində toxunaraq müştəriyə təhvil verilir.  Parça etiketlər arasında həmçinin yuma təlimatları da yer alır. Bunlar isə toxunma ilə deyil çap edilərək istehsal edilir. Yuma təlimatları üçün minimal tiraj 5000 ədəd olması lazımdır. Müştərinin seçimindən asılı olaraq istənilən ölçülərdə hazırlana bilir.

 

toxunma etiket

parca etiket

Toxunma etiket

parca etiket